Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səudiyyə Ərəbistanı: Neft hasilatının azaldılması müqaviləsi uzadıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı: Neft hasilatının azaldılması müqaviləsi uzadıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al-Falih, OPEC və müttəfiqlərinin, qlobal xam neft ehtiyatlarının yüksək qalmaqda davam etməsi vəziyyətində, İyunda başa çatacaq istehsalın azaldılması müqaviləsinin uzadıla biləcəyini deyib.


 
"Marja" xəbər verir ki,  Al-Falih, Vaşinqtonda "Bloomberg News"a verdiyi açıqlamada, "İstehsalın azaldılması razılaşmasının müddəti, əgər ehtiyatlar beş ilin ortalamasının üzərində qalarsa, bazarlar hələ də etimad göstərməsələr, şirkətlər və investorların qlobal neft sənayesinin sağlamlığı məsələsində yaxşı hiss etdiklərini görməsək, uzadılacaqdır" deyib və "Onlara neft sənayesini yenidən sağlam vəziyyətə gətirənə qədər nə lazımdırsa edəcəyimizin siqnalını vermək istəyirik" şəklində fikir bildirib.

Reklam_3_11


 
Bu ilin İyun ayının sonuna kimi davam edəcək istehsalın azaldılması razılaşması bütün dünyada neft ixracatçısı ölkələrin iqtisadiyyatlarını sarsıdan qiymətlərdəki kəskin azalmanın qarşısını almağı hədəfləyir. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 25 Mayda topalanaraq, istehsalın azaldılmasının davam etdirib-etdirməməyə qərar verəcəkdir. Al-Falih, bu strategiyanın qlobal bazarlara yaxşı təsir etdiyini və əsas göstəricilərin   yaxşılaşdığını sözlərinə əlavə edib.

 

NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB

 

Neft qiymətləri, Səudiyyə Ərəbistanının istehsalın azaldılması müqaviləsinin uzadıla biləcəyini qeyd etməsinin ardından yüksəlib.


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 14 sent yüksələrək bareli 48.89 dollara, Brent nefti Londonda  ICE Futures Europe birjasında 10 sent yüksələrək bareli 51.84 dollara qalxıb.

 

Qeyd edək ki, ötən həftə ABŞ-da neft ehtiyatları da azalmışdır.

17.03.2017 05:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ