Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 10 bankın nağd vəsaitləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 10 bankın nağd vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il iyulun 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 12-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.

 

Reklam_3_11

Nağd vəsaitləri azalmış banklar "Premium Bank", "Naxçıvan Bank", "AFB Bank", "Atabank", "Zıraat Bank Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "Amrah Bank", "Access Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Premium Bank"da (27,7%), ən çox azalma isə Pakistan bankında (67,5%) qeyd alınıb.

 

Qalan 12 bankın nağd vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "NBC Bank"da (69,6%), ən aşağı dinamika isə "Kapital Bank"da (2,7%) qeydə alınıb.

 

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

 

5 bankın nağd vəsaitləri 40 milyon manatdan çoxdur

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il iyulun 1-nə nağd vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.

 

Həmin banklar "Kapital Bank" (437,153 milyon manat), "Xalq Bank" (74,974 milyon manat), "Bank Respublika" (60,494 milyon manat), "AFB Bank" (49,267 milyon manat) və "Access Bank"dır (41,292 milyon manat).

 

Qalan 17 bankdan 12-də nağd vəsaitləri 10-40 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə 1 milyon manatdan azdır.

 

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Renkinq

23.08.2019 07:49

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ