Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed-də müxalif səslər - Regional Fed sədrləri əlavə "faiz endiriminə" qarşıdırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-də müxalif səslər - Regional Fed sədrləri əlavə "faiz endiriminə" qarşıdırlar

ABŞ Mərkəzi Bankının (Fed) üç regional rəhbəri, ABŞ iqtisadiyyatının aşağı faizə ehtiyacı olduğu barədə fikirlərə qarşı çıxır, dördüncüsü isə məcbur qalmadıqca faiz endiriminə gedilməməsi lazım olduğunu düşünür.
 

"Marja" xəbər verir ki, bu açıqlamalar, təkrar faiz endirimi istəyən digər Fed rəsmiləri ilə kəskin mübahisələrin ola biləcəyinə işarədir. 
 

Reklam_3_11

İnvestorlar Fed-in 17-18 Sentyabr toplantısında faizlərdə 50 bənd endirm olacağını gözləyirlər. Ancaq Fed-dəki müxalif səslər, aralarında ABŞ Prezidenti Donald Trampın da olduğu daha böyük miqyaslı bir addım gözləyənlərin ümidlərini azalda bilər.
 

Fed sədri Cerom Pauel (Jerome Pauell), Cümə günü Vayominqdə keçiriləcək illik simpoziumda edəcəyi çıxışında bu məsələ haqqında bəzi ipucları verə bilər.
 

Fed-in Kanzas Siti şöbəsinin sədri Esther George, "Bloomberg Television"a Cümə axşamı günü verdiyi açıqlamasında, "İqtisadiyyatın harada olduğuna baxanda, mənzərənin iqtisadiyyatın daha da zəifləməkdə olduğunu işarə etdiyini görmədən, faizlərin əlavə azaldılmasının hələ vaxtı deyil və buna hazır deyiləm" deyib.
 

Fed-in Filadelfiya şöbəsinin sədri ədri Patrick Harker də Cümə axşamı günü etdiyi açıqlamada, İyuldakı faiz endirimini "bir az könülsüz" qəbul etdiyini və faizin bir müddət sabit saxlanılması lazım olduğunu düşündüyünü bildirib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Harker, CNBC televiziyasına verdiyi müsahibədə, "İndilərdə neytral vəziyyətin olduğu yerdəyik və bir müddət burada qalıb vəziyyətin necə inkişaf edəcəyini görməyimiz lazım olduğunu düşünürəm", - deyib.
 

Cümə axşamı günü, Dallas Fed sədri Robert Kaplan da etdiyi açıqlamada, 17-18 Sentyabrda keçiriləcək növbəti Fed toplantısında faiz endiriminə gedilməsi barədə narazılığını dilə gətirib.
 

Kaplan, CNBC-yə verdiyi açıqlamasında, "Əlavə addım atılmasından çəkinilməsini istəyirəm, ancaq əgər ehtiyac olarsa, ən azından qarşıdakı bir neçə ayda addım atılması məsələsinə açığam" deyib.
 

Boston Fed sədri Eric Rosengren də 19 Avqustda Bloomberg TV-yə etdiyi açıqlamada, əlavə faiz endiriminə qarşı olduğunu dilə gətirmişdi.

 

TRAMP FAİZLƏRİN KƏSKİN AZALDILMASINI İSTƏYİR

 

ABŞ Prezidenti Donald Tramp, iqtisadi artım üçün tək problemin Fed sədri Cerom Pauel (Jerome Powell) ilə Fed olduğunu bildirib. 

 

Tramp, Fed sədrinin böyük bir faiz endiriminə gedərək "doğru şeyi etməsi vəziyyətində" ABŞ-ın güclü iqtisadi artım qeyd edəcəyini bildirib.

 

ABŞ Prezidenti Twitter hesabında yazdığı açıqlamasında, "Fed ən azı 100 bənd faiz endirməlidir" ifadəsini də işlədib.

 

Tramp "Dollar o qədər güclüdür ki, dünyanın bir çox bölgəsinə çox təəssüf ki, zərər verir. Fed olduqca qısa bir müddət ərzində faizi ən azı 100 bənd azaltmalıdır. Əgər bu reallaşsaydı, həm ABŞ iqtisadiyyatı, həm də dünya iqtisadiyyatı daha güclü olardı" deyib.

 

Qeyd edək ki, hazırda Fed-in faizi 2 - 2.25% aralığındadır. Əgər 100 bənd endirim olsa faizlər 1 - 1.25% aralığına düşər.

23.08.2019 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ