Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın "Premium Bank" ASC Çinin və dünyanın aparıcı banklarından olan “China Merchants Bank” ilə müxbir münasibətlər qurub. 

 

Reklam_3_11

"Premium Bank"ın yaydığı məlumatda bildirilir ki, "China Merchants Bank" (CMB) 1987-ci ildə təsis edilmiş və Çində dövlət kapitalının birbaşa iştirakı olmadan yaradılmış ilk kommersiya bankı olan Çin maliyyə şirkətidir.  

 

“China Merchants Bank” bir sıra göstəricilərə görə dünyanın ən böyük on bankından biri (dünyaca məşhur “The Financial Times Ltd.” şirkətinə məxsus “The Banker” jurnalına istinadən) hesab edilir.

 

CMB-nin 1800-dən çox şöbəsi və 10 min bankomatı, eləcə də Honq Konq, Nyu York, Sinqapur, Lüksemburq, London və Sidney şəhərlərində filialları var. 

 

""Premium Bank" ASC, aparıcı dünya şirkətləri ilə əlaqədə olan müştərilərinə müasir və yüksək keyfiyyətli xidmətlər göstərərək bank bazarında daima innovativ xidmətlər təklif edir. CMB ilə qurulan müxbir əlaqələri bu qəbildən hesab etmək olar. 

 

"Premium Bank" ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunun yaradılma strategiyasını həyata keçirir və hər növ müştəri kateqoriyalarına xidmət göstərir. Korporativ xidmətlər bankın fəaliyyətinin əsas istiqamətlərindəndir",- Bankın məlumatında deyilir.

23.08.2019 10:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ