Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çin 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin, ABŞ-ın əlavə vergi qərarına cavab olaraq 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edəcək.
 

"Marja" xəbər verir ki, Çin rəsmi qurumlarından verilən məlumata görə, gömrük tarifləri; 1 Sentyabr və 15 Dekabr olmaqla 2 mərhələdə tətbiq ediləcək.
 

Çin 1 Sentyabrdan etibarlı olmaqla ABŞ-dan idxal edilən soyaya 5 faiz əlavə, xam neft idxalına 5 faiz tarif tətbiq edəcək. 15 Dekabrdan etibarən etibarlı olmaqla isə ABŞ avtomobillərinə 25 faiz tarif tətbiq edəcək.
 

"Çin və ABŞ getdikcə Dünya Ticarət Təşkilatının qaydalarından uzaqlaşmağa üz tuturlar. Hüquqdan uzaqlaşmaq bu iki ölkə üçün deyil, amma daha kiçik ölkələr üçün zərərli bir şeydir. Amerika özü qurduğu bu sistemə qarşı çıxır, çünki bu sistemin özünə bir fayda vermədiyini iddia edir",- iqtisadçılar bildirirlər.
 

Ticarət müharibələri ilə bərabər qarşılıqlı olaraq pul vahidlərinin dəyərinin azaldılması yarışı da başlayıb.
 

Çinin tarif qərarından neft ucuzlaşır, indekslər düşüb.

 

Brent nefti 2,1% ucuzulaşaraq 58,65 dollara düşüb (Bakı vaxtı ilə saat 20:10-a olan məlumat). Neftin ucuzlaşmasına Çinin ABŞ məhsullarına gömrük tarifi tətbiq etməsi qərarı və Donald Trampın "Çinin tariflərinə bu gün cavab verəcəyəm" deməsi  təsir edir. Trampın yeni həmləsi ilə ticarət müharibəsi daha da şiddətlənə, qlobal iqtisadiyyat duğrunluğa girə və neftə tələb azala bilər. 

 

Qeyd edək ki, Çinin 75 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq etmək qərarını verib.

23.08.2019 18:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ