Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

13 min polisin qoruyacağı G7 Sammiti başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 min polisin qoruyacağı G7 Sammiti başlayır

Bu gün Fransanın cənub-qərbindəki Biarritz şəhərində 45-ci G7 Sammiti başlayacaq.
 

"Marja" xəbər verir ki, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderlərinin bir araya gələcəyi sammitin əsas mövzusu "bərabərsizliklə mübarizə" kimi müəyyənləşdirilib.

 

Sammitdə təhlükəsizlik, iqlim dəyişikliyi, qadına şiddət və gender bərabərliyi kimi məsələlər də müzakirə olunacaq.
 

Liderlərin Ukrayna, Suriya, İran və Brexit kimi məsələləri də müzakirə edəcəyi gözlənilir.
 

Sammit, bu gün axşam Fransa Prezidenti Emmanuel Macron-un liderlər şərəfinə verəcəyi şam yeməyilə başlayacaq.
 

Liderlər, sammitin ikinci günündə "Beynəlxalq İqtisadi/ticarət və beynəlxalq təhlükəsizlik mövzusunda təqvim yaratmaq" və "Bərabərsizliklə mübarizə" və "G7-nin Afrika ilə tərəfdaşlığı" üzrə sessiyalara qatılacaqlar.
 

Sammitin üçüncü günündə isə "İqlim, müxtəlif canlılar və okeanlar" və "Rəqəmsal dəyişiklik" adlı sessiyalar keçiriləcək.
 

 Liderlərin sammitdə ikitərəfli görüşləri də gözlənilir.
 

Sammitə, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Dünya Ticarət Təşkilatı (DTT) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmiləri ilə yanaşı, Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliyadan liderlər də dəvət edilib.
 
 

Sammit bazar ertəsi günü liderlərin keçirəcəyi mətbuat konfransları ilə başa çatacaq.

 

Güclü təhlükəsizlik tədbirləri
 

Digər tərəfdən, sammitdə güclü təhlükəsizlik tədbirləri də görülüb. Xüsusilə terror hücumu ehtimalına qarşı sammit ərzində 13 min 200 polis və jandarma ilə yanaşı 450 nəfər yanğınsöndürən işləyəcək.
 

Liderlərin qalacağı və şəhərin mərkəzində yerləşən "Hotel du Palais"ə gedən yollar avtomobillərə və piyadalara bağlanılacaq. Otelin önündəki çimərliyə dəniz yolu da daxil olmağın qarşısı alınacaq.
 

Şəhər mərkəzində isə yalnız icazə alan sürücü və piyadalar hərəkət edə biləcək.
 

Sammit zamanı şəhərdəki qatar vağzalı və aeroport bağlı olacaq. Biarritzdə dronlar daxil heç bir vasitənin uçuşuna icazə verilməyəcək.
 

Digər tərəfdən, G7 əleyhinə qruplar da şəhər ətrafında bir çox mitinq keçirməyə hazırlaşır.
 

Biarritzə təxminən 30 kilometr məsafədə yerləşən Hendaydə bu gün keçiriləcək aksiyada təxminən 20 min nəfərin iştirakı gözlənilir. İspaniyanın Fransa sərhədindəki İrun şəhərində də aksiya keçiriləcək.
 

Hökumət, mitinqlərə icazə verəcəyini ancaq aksiyalarda şiddət hadisələri çıxması halında müdaxilə ediləcəyini, məsul şəxslərin də dərhal həbs ediləcəyini bildirib.
 

24.08.2019 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ