Ticarət müharibəsi intiqam müharibəsinə çevrilib

ABŞ ilə Çin arasında uzun müddətdir davam ticarət müharibəsi yeni gərgin mərhələyə daxil olub və iki ölkə arasında intiqam müharibəsinə çevrilib.
 

Şiddətlənən ticarət müharibəsi, Fed-in nüfuzlu Jackson Hole simpoziumunu və G7 Sammitini kölgədə qoydu.
 

"Marja"nın məlumatına görə, iki ölkə arasında ticarət müharibəsi, Çinin ABŞ-a qarşı yeni vergilər tətbiq etməsi və ABŞ Prezidenti Donald Trampın da Çinə qarşı yeni vergilər tətbiq etməsilə şiddətlənib və danışıqlar razılaşma şəraitindən xeyli uzaqlaşıb. 

 

Trampın 110 milyard dollarlıq Çin mallarına 1 Sentyabrdan tətbiq ediləcək əlavə vergi planı, danışıqlarda bir razılaşma olacağı barədə ümidləri məhv etdi. Ardınca ötən həftə Çin, ABŞ-ın əlavə vergi qərarına cavab olaraq 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edəcəyini açıqladı. 
 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

Ticarət müharibəsində hələlik son olaraq ABŞ Prezidenti Donald Tramp, Çinin Amerika məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinə cavab olaraq, bu ölkəyə qarşı gömrük vergilərini 5 faiz artırdıqlarını açıqlayıb. Tramp, ABŞ-ın hər il Çin üzərindən yüz milyardlarla dollar itirdiyini və bunun bir sonu olmadığını, əvvəlki ABŞ rəhbərlərinin buna imkan verdiyini irəli sürmüş, özünün belə bir ticarət münasibətlərinə icazə verməyəcəyini bildirib. 

 

Tramp, "Ədalətli ticarəti təmin etmək üçün bu, çox ədalətsiz ticarət əlaqəsini tarazlaşdırmalıyıq. Çin, 75 milyard dollarlıq Amerika məhsullarına yeni gömrük vergiləri tətbiq etməməli idi", - ifadəsini işlədib.

26 Avqust 2019 , 08:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin