Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Boris Consonda Brexit müqaviləsi üçün "nikbin" mesaj

iç səhifə xəbər başlığı altı (mobil)_31
Boris Consonda Brexit müqaviləsi üçün "nikbin" mesaj
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın Baş naziri Boris Conson, Avropa Birliyindən (AB) bir müqavilə ilə çıxmaq (Brexit) ehtimalının gücləndiyini deyib.
 

"Marja" xəbər verir ki, G7 Zirvəsi üçün olduğu Fransanın Biarritz şəhərində "Sky News" televiziyasına danışan Conson, "Brexit" prosesilə əlaqədar olaraq, "Məncə bu anda bir razılaşmaya gəlmək üçün yaxşı bir şans var" - deyib.
 

"Brexit"in razılaşdırılmış, yoxsa müqaviləsiz olacağı tamamilə Avropa Birliyindəki, bəziləri burada da olan dostlarımıza bağlıdır", - ifadəsini istifadə edən Conson, "son bir neçə gündə Böyük Britaniyanın nəyi edə, nəyi edə bilməyəcəyi barədə mesajlarını çatdırmaqda xeyli uğurlu olduqlarını" vurğulayıb.
 

Müqavilə şansının gücləndiyini ancaq dostlarının köhnə müqavilənin "öldüyü" barədə son dərəcə realist olması lazım olduğunu deyən Conson, "Parlamentin 3 dəfə rədd etdiyi mətn indi də qəbul edilməz" şəklində danışıb.
 

Bununla yanaşı razılaşdırılmış "Brexit" üçün Britaniyanın müqaviləsiz bir "Brexit"ə hazır olduğunu göstərməsi lazım olduğunu qeyd edən Conson, müqaviləsiz "Brexit" halında də ölkəsinin Avropa Birliyinə 39 milyard funt-sterlinq "çıxış pulunu" ödəmək məcburiyyətində olmayacağını xatırladıb.
 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

Conson G7 Sammiti ərəfəsində Fransa Prezidenti Emanuel Makron və Almaniyanın Baş naziri Angela Merkel ilə görüşmüşdür.
 

Conson görüşlərində, Böyük Britaniyanın Avropa Birliyi ilə daha əvvəl bağladığı müqavilədən "tədbir maddəsi"nin çıxarılması tələbini çatdırıb.

26.08.2019 06:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ