Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Honq Konq polisi ilk dəfə nümayişlərdə silahdan atəş açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Honq Konq polisi ilk dəfə nümayişlərdə silahdan atəş açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Honq Konqda İyun ayından bu yana davam edən etiraz aksiyalarında Bazar günü polis və nümayişçilər arasında gərginlik artıb və bir polis silahını çəkərək xəbərdarlıq atəşi açıb.
 

"Marja"nın məlumatına görə, BBC-də yer alan xəbərə görə, Çinə bağlı Honq Konq muxtar respublikasında hadisələrdə çoxlu sayda polisin silahlarını nümayişçilərə yönəltdiyi görülüb. Sosial mediada paylaşılan görüntülərdə nümayişçilərin daş və dəyənəklərlə polisi qovduğu görünür. Polislərin bu hadisədən sonra silahdan atəş açdığı bildirilir.
 

Reklam_3_11

Bazar günü aksiyalarda Honq Konq polisi ilk dəfə nümayişçilərə İctimai hadisələrə müdaxilə vasitələrilə (zirehli avtomobil) müdaxilə edib. 
 

İyun ayında Honq Konqda hər hansı bir günahına görə həbs edilən şübhəlilərin Çinə təhvil verilməsini nəzərdə tutan qanun layihəsi, etiraz aksiyalarının başlamasına səbəb olmuşdur. Minlərlə adam qanunun Honq Konqun muxtar statusunu pozduğunu bildirərək küçələrə çıxmışdır.
 

Ancaq növbəti həftələrdə etirazlar geniş hökumət əleyhinə mitinqlərə çevrilib.
 

Polisin silah istifadə etdiyi iddialarına cavab verən Honq Konq polisi, bir polisin xəbərdarlıq atəşi açdığını bildirib. Həmçinin açıqlamada çoxlu sayda polisin yaralandığı və xəstəxanaya aparıldığı da bildirilib.
 

Ancaq Polis rəisi Leung Kwok-wing, silahını işə salan polisin nümayişçilərə doğru nişan alıb almadığı sualına cavab verməyib.
 

Sosial mediada paylaşılan videolardan birində polis və nümayişçilər arasında baş verən dava-dalaş zamanı yaşlı bir adam dizləri üstə çökmüş halda silahını çəkmiş bir polis tərəfindən təpikləndiyi görünür.

 

Bu qarşıdurma başlamamışdan əvvəl qara paltarlı nümayişçilərin polisə kərpic və molotov kokteylləri atdığı görülmüşdü.

 
Polis və nümayişçilər arasında çıxan bu qarşıdurmalar, aksiyaların başladığı İyun ayından bu yana baş verən ən böyük zorakılıq hadisələri kimi qeydə alınıb.

 
Nümayişçilərə bibər qazı və plastik güllər ilə müdaxilə edən Honq Konq polisi, barrikadaları aşmaq üçün isə iki zirehli avtomobil istifadə edib.
 

Yenə sosial mediada paylaşılan görüntülərdə zirehli avtomobillərin nümayişçilərin qurduğu barrikadaların üstünə getdiyi görünür.

 
Honq Konq polisi zirehli avtomobillərin yalnız geniş miqyaslı kütləvi aksiyaların nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə istifadə edilə bilinəcəyini açıqlamışdı.
 

Ancaq Beynəlxalq Amnistiya Təşkilatı, zirehli avtomobillərin istifadə edilməsi nəticəsində nümayişçilərin ciddi şəkildə yaralanması riskinin olduğunu açıqlamış, bu vəziyyətin gərginliyi artıracağı xəbərdarlığını etmişdi.

 
Çin rəhbərliyi əleyhdarı olan nümayişçilər, polisi nisbətsiz güc istifadə etməkdə günahlandırır və çoxlu sayda adamın yaralandığını bildirirlər.

 

Honq Konq, "iki sistem, vahid dövlət" prinsipi altında idarə olunan keşmiş bir İngiltərə müstəmləkəsidir.
 

Bu yarı muxtar respublika, İngiltərənin 1842-ci ildə başlayan müstəmləkə idarəetməsindən sonra 1 İyul 1997-ci ildə yenidən Çinin hakimiyyəti altına düşmüşdür.
 

Ancaq Honq Konqda mətbuat azadlığı və məhkəmə müstəqilliyi hüquqi təminat altındadır.
 

Nümayişçilər mübahisəli ekstradisiya qanun layihəsinin qüvvəyə minməsi halında Honq Konqluların azadlıqlarının məhdudlaşacağını və qanunun müxaliflərin susdurulması üçün istifadə ediləcəyini iddia edirlər.

26.08.2019 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ