Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
“Nijnetaqilskiy xolodilnik” MMC Azərbaycana dondurma ixracı təşkil edə bilər.
"Marja" xəbər verir ki, bu barədə müəssisənin təsisçisi Vyaçeslav Malıx bildirib.
“Hazırda “Nijnetaqilskiy xolodilnik” MMC-nin istehsal etdiyi məhsulların beynəlxalq bazara çıxarılması ilə bağlı danışıqlar aparılır. Biz Qazaxıstan, Azərbaycan və Özbəkistana ezamiyyətlər təşkil etməyi planlaşdırırıq”, - deyə V.Malıx bildirib.
O, həmçinin deyib ki, müəssisə məhsul çeşidini genişləndirir və bu günlərdə 2 yeni dondurma növü istehsal edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 1-ci yarısında ölkəyə 2 mln. 704 min dollar dəyərində 662,48 ton dondurma idxal edilib. Hesabat dövründə Rusiyadan 1 mln. 74 min dolar dəyərində 297 ton dondurma tədarük edilib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
-
20 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 41 d. əvvəl
-
43 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb