8 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il iyulun 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 8-də müsbət, 8-də isə mənfi dinamika müşahidə edilib.

 

Reklam_3_11

Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "Kapital Bank", "Nikoyl Bank" və "Zıraat Bank Azərbaycan"dır. Ən az azalma "Access Bank"da (8,4%), ən çox azalma isə "Zıraat Bank Azərbaycan"da (78,8%) qeyd alınıb.

 

Qalan 8 bankın Mərkəzi Bankdakı vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Yapı Kredi Bank Azərbaycan"da (3,1 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (13,6%) qeydə alınıb.

 

Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB" "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.

 

5 bankın Mərkəzi Bankdakı vəsaitləri 40 milyon manatdan çoxdur

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il iyulun 1-nə Mərkəzi Bankdakı vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.

 

Həmin banklar "Kapital Bank" (262,77 milyon manat), "Naxçıvan Bank" (100,529 milyon manat), "Xalq Bank" (74,584 milyon manat), "Yapı Kredi Bank Azərbaycan" (48,365 milyon manat) və "Access Bank"dır (48,055 milyon manat).

 

Qalan 11 bankdan 6-da sözügüdən göstərici 10-40 milyon manat arasında, 5 bankda isə 1-10 milyon manat arasındadır.

 

Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB" "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Renkinq"

26.08.2019 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ