Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tramp ABŞ şirkətlərinin Çindən çıxmasını istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp ABŞ şirkətlərinin Çindən çıxmasını istəyir

ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından verdiyi açıqlamada, Çini "müəlliflik hüququ oğurluğu" və ABŞ-ı ticarətdə istismar etməklə günahlandırıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, həmçinin Tramp, ABŞ-ın Çin məhsullarına yenidən əlavə vergi tətbiq edəcəyini, ABŞ şirkətlərinin də Çindən çıxmasını istədiyini bildirib.

 

Donald Tramp jurnalistlərə də Amerika şirkətlərinin Çindən çıxmasını istədiyini bildirib.

 

ABŞ ilə Çin arasında ticarət müharibəsi qızışır. ABŞ Prezidenti Donald Trump verdiyi açıqlamada ABŞ-ın hər il Çin üzündən yüz milyardlarla dollar itirdiyini və əvvəlki ABŞ rəhbərlətinin buna imkan verdiyini irəli sürüb. Özünün belə bir ticarət münasibətlərinə icazə verməyəcəyini bildirən Tramp, "Ədalətli ticarəti təmin etmək üçün bu, çox ədalətsiz ticarət əlaqəsini tarazlaşdırmalıyıq. Çin, 75 milyard dollarlıq Amerika məhsullarına yeni gömrük vergiləri tətbiq etməməli idi" ifadəsini istifadə edib. 

 

Çinin ABŞ məhsullarına gömrük vergilərini 5 - 10% arasında artırmaq barədə qərar verib. Bu qərar, Trampın ayın əvvəlində Çin məhsullarına 10 faiz əlavə vergi qoymaq qərarına cavab idi. Bu cavaba cavab olaraq Tramp da Çin məhsularına gömrük vergisini daha da artırıb.

 

"TRAMPIN BELƏ SƏLAHİYYƏTİ VAR"

 

İki yüksək vəzifəli Ağ Ev rəsmisi, ABŞ Prezidenti Donald Trampın Amerika şirkətlərinin Çindən çıxmalarına məcbur edəcək səlahiyyətinin olduğunu bildirib. Trampın bu gücünü rəsmən istifadə edib etməyəcəyi isə digər bir sualdır.
 

"Marja" xəbər verir ki, ABŞ Xəzinə naziri Stivin Mnuçin G7 toplantısında "Fox News Sunday" ə verdiyi açıqlamasında Trampın "Beynəlxalq Təcili Vəziyyətlərdə İqtisadi Güc Qanunu" çərçivəsində təcili vəziyyət elan etməsi halında bunu istifadə edə biləcəyini söyləyib. 
 

Ağ Evin İqtisadi müşaviri Larri Kudloi isə, CNN-ə verdiyi müsahibəsində bu fikirə qatılıb, "Ancaq hələ masada belə bir variant yoxdur" deyib.
 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Tramp Cümə günü sosial media platforması "Twitter" üzərindən etdiyi açıqlamada, 1977-ci ildəki tədbirlərə toxunaraq, bunun ona güc verdiyini bildirmişdi.

26.08.2019 08:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ