Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bu ölkələrə kombi ixrac edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bu ölkələrə kombi ixrac edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir.

 

Reklam_3_11

Bunu  yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.

 

Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”.

 

Zavodun direktoru qeyd etdi ki, “Elektrogas” MMC-nin aylıq istehsal gücü 10 min ədəddən çoxdur: "Bir neçə dövlət layihələri çərçivəsində bizim müəssisənin kombiləri satılıb. Malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur”.

 

O qeyd edib ki, biz burda təkcə kombi deyil eyni zamanda isti su qızdırıcıları, həmçinin elektrikli su qızdırıcıları da istehsal etməyi planlaşdırırıq.

 

Xatırladaq ki, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi ilə, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək, E.Cəmilli bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

26.08.2019 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ