Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan istehsalı kombilərin qiymətləri barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan istehsalı kombilərin qiymətləri barədə açıqlama

Azərbaycanın “Elektrogas” MMC şirkətinə məxsus zavodun istehsal etdiyi kombilərin qiymətləri 400 manata qədər olacaq.

  
Bunu  yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.

Reklam_3_11

 

E.Cəmilli vurğulayıb ki, Azərbaycan bazarına ildə 150 min kombi idxal edilir: “Azərbaycana Çin, Türkiyə, İran və digər ölkələrdən kombi idxal edilir. Həmin kombilərin təqribi 100 min ədədi Çinin payına düşür. Azərbaycan bazarında kombinin ən ucuz qiyməti 550 AZN-dir. Bizim müəssisənin istehsalı olan kombilərin satış qiyməti isə 450 manata qədərdir. Gələcəkdə bu məbləğin 400 manata qədər olacağını planlaşdırırıq. İndiyədək bazara bizim zavodun istehsalı olan 1000-dən çox kombi çıxarılıb". 

 

Xatırladaq ki, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi ilə, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.


GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

26.08.2019 11:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ