Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bələdiyyə şirkətimin 60 sot torpağını başqasına verib”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bələdiyyə şirkətimin 60 sot torpağını başqasına verib”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı sakini, “Fuad MTK”nın direktoru Emil Aslanov şirkətə məxsus olan torpaq sahəsinin 60 sotunun Sumqayıt bələdiyyəsi tərəfindən ləğv edilərək digər şəxsə icarəyə verildiyini deyir.

 

Reklam_3_11

O,  bununla bağlı müraciətində bildirib ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində yerləşən torpaq sahəsini 2006-cı ildə “Al” şirkətindən alıb:

 

“Torpaq “Fuad MTK”nın ərazisi kimi rəsmiləşdirilib. Həmin ərazi 8 bloklu binanın tikilməsi üçün layihələndirilib. 2 blok artıq tikilib. Sumqayıt bələdiyyəsi 2018-ci ildə Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək torpağın təyinatı üzrə istifadə olunmadığına dair iddia qaldırıb. Məhkəmə həmin iddianı rədd edərək iddiaçını 200 manat məbləğində cərimə edib. 2019-cu ilin yanvar ayında bələdiyyə məhkəmə qərarı olmadan bizim icarə müqaviləsini ləğv edib. Bizim icarə müqaviləsi isə cari ilin dekabrın 31-nə kimi qüvvədədir. Torpağın 60 sotunu Rzayev Kamil Valeh oğlunun adına rəsmiləşdiriblər. Biz tikintini 2015-ci ildən davam etmək istəyirik. Ancaq ərazidə olan drenaj sistemi, kafelər tikinti aparmağımıza mane olur. Biz bu qanunsuz ləğvedilmə məsələsi ilə bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə iclası avqustun 28-də keçiriləcək”.


 
Məsələ ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinin mətbuat katibi Vüsal Məmmədovla əlaqə saxlanıb. O bildirib ki, sözügedən ərazinin icarə müqaviləsinin ləğviylə bağlı Sumqayıt şəhər Memarlıq və şəhərsalma İdarəsindən bələdiyyəyə təqdimat daxil olub: “Bu təqdimatı əsas götürərək bələdiyyə icarə müqaviləsini ləğv edib. Təqdimatda bildirilir ki, ərazi təyinatı üzrə istifadə olunmayıb. Orada antisanitar vəziyyət yaranıb, həmçinin baxımsız vəziyyətdə qalıb. Qarşı tərəf məsələ ilə bağlı Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məsələ məhkəmədə mübahisələndiriləcək”.

 

© “Qafqazinfo” 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

26.08.2019 13:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ