Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Abşeron yarımadasında radio yayımı üçün yeni standartın tətbiqinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeron yarımadasında radio yayımı üçün yeni standartın tətbiqinə başlanıb

Bakı və Abşeron yarımadasında Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Bunu "Teleradio" İstehsalat Birliyindən deyiblər.

 

Reklam_3_11

Qurumdan bildirilib ki, hazırda “DAB+” rəqəmli radionun əhatə dairəsinin ölçülməsi məqsədilə onun bütün texniki parametrləri Dövlət Radiotezliklər İdarəsinə təqdim olunub.

 

“Ölçülər aparıldıqdan sonra “DAB+”un əhatə dairəsi ilə bağlı dolğun məlumat almaq mümkün olacaq. İlkin yoxlamalara görə, Abşeron yarımadası tam əhatə olunub. Yeni radio standartın özəlliyi ondan ibarətdir ki, rəqəmli televiziyada olduğu kimi, “DAB+”da bir multipleksin üzərindən bir neçə radio kanalın yayımını təşkil etmək mümkündür”, - deyə İstehsalat Birliyindən qeyd ediblər.

 

Qeyd edək ki, hazırda ölkədə DAB+ standartını dəstəkləyən radioların sayı olduqca azdır. Lakin bu texnologiyanın tətbiqindən sonra onların sayının gələcəkdə artacağı gözlənilir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

26.08.2019 15:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ