Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Podratçılara dair tələblər sərtləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Podratçılara dair tələblər sərtləşdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

 

Reklam_3_11

Dəyişik qanunun 6-cı (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) maddəsinə edilib.

 

İndiyədək satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması tələb olunurdusa, bundan sonra son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması da tələb olunacaq. 

 

HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!


 

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun  6.2.5-ci maddəsinə “öhdəliklərinin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

26.08.2019 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ