Abdula məxsus lizinq şirkətində böyük tənəzzül

100 faiz İsmayılov Abdula məxsus olan “Union Lizinq” ASC 2019-cu ilin ilk 6 ayını 323 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin mənfəəti 15,4% azalıb. Belə ki, “Union Lizinq” 2018-ci ilin ilk 6 ayını 382 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfətin azalması gəlirin azalması ilə bağlıdır.

 

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Union Lizinq”in cəmi gəliri 368 min manat təşkil edib. Bu gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə azdır. Belə ki, “Union Lizinq” 2018-ci ilin yanvar-iyun dövründə 1 milyon 742 min manat cəmi gəlir əldə etmişdi. 

 

30 İyun 2019-cu il tarxində “Union Lizinq” 4 milyon 547 min manat yığılmış zərərə malik olub.

 

ŞİRKƏT KİÇİLİB

 

2019-cu ilin 1-ci yarısının yekununda “Union Lizinq” 11 milyon 993 min manat cəmi aktivlərə malik olub. Son 6  ildə şirkətin aktivləri 18% azalıb. Aktivlərin azalmasının əsas səbəbi qısamüddətli debitor borcların (lizinq portfeli) 24% azalaraq 7 milyon 427 min manata düşməsilə bağlıdır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

26 Avqust 2019 , 19:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin