Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Rusiya şokoladları Azərbaycan bazarını "işğal edir" - İDXAL DAHA DA ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya şokoladları Azərbaycan bazarını "işğal edir" - İDXAL DAHA DA ARTIB

Azərbaycan 2019-cu ilin 1-ci yarısında (yanvar-iyun dövründə) 20 mln. 306 min dollar dəyərində şokolad idxal edib. Bu barədə  hökumətdən məlumat verilib.

 

"Yanvar-iyun aylarında Azərbaycan  20 mln. 306,24 min dollar dəyərində 7984  ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 4,6%, dəyər ifadəsində 9% artıb", - deyə məlumatda bildirilir.

 

Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 1-ci yarısında Rusiyadan 13 mln. 483  min dollar dəyərində (artım 15,8%) 5815 ton şokolad (artım 13,9%) idxal edilib. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.

 

Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-iyun aylarında bu ölkədən 1 mln. 959 min dollar dəyərində 973,32 ton məhsul idxal edilib.

 

AZƏRBAYCANIN ŞOKOLAD İXRACI AZALIB

 

Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 mln. 815 min dollar dəyərində (azalma 8,2%) 862,3 ton şokolad (azalma 4,1%) ixrac edib. Rusiyaya 831,34 min dolar dəyərində (azalma 0,7%) 391,81 ton şokolad (azalma 0,8%) ixrac edilib.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “İnterfaks-Azərbaycan” 

27.08.2019 08:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ