Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

1992-ci ildə təhsil almaq üçün Türkiyəyə gedən azərbaycanlı Gülşən Qasımzadə böyük uğura imza atıb.

 

Soydaşımız Türkiyədə "Çınar Doğal Kozmetik" adlı şirkət yaradıb.

 

Antalyada yaşayan G.Qasımzadə Türkiyə vətəndaşlığı alıb və şirkətinin istehsal etdiyi məhsulları dünyanın bir çox ölkəsinə satmağı planlaşdırır.

 

Həmyerlimiz deyir ki, iki il əvvəl hobbi olaraq təbii bitki kremləri və sabun hazırlamağa başlayıb. 

 

"Lakin ətrafımdakı insanlardan müsbət rəylər almağım bununla ciddi məşğul olmağıma səbəb oldu. Beləliklə də 2019-cu ilin aprelində şirkətimi qurdum".

 

G.Qasımzadənin sözlərinə görə, hazırda şirkəti günə 50 sabun, 30 qab krem istehsal edir:

 

"Sabunların hazırlanmasında əsas xam maddə zeytun yağlarıdır. Bundan başqa, digər bitki yağlarından da istifadə olunur. Məhsullarımız ancaq bitki yağlarından düzəldilir və tərkiblərində heyvan yağları, duz, alkoqol , neft məhsulları yoxdur".

 

Məhsullarını internet saytı vasitəsilə satışa çıxardıqlarını deyən şirkət sahibi qeyd edib ki, müştərilər üçün sabun və kremləri Türkiyənin hər yerinə çatdıra bilirlər:

 

"Hələ ixracata başlamamışıq, lakin ən yaxın zamanda məhsullarımızı ixrac edəcəyik. Başda Azərbaycan olmaqla, türk dövlətlərinə və Rusiyaya ixrac planlarımız mövcuddur".

 

Qeyd edək ki, G.Qasımzadə Azərbaycanda anadan olub və 1992-ci ildə Ege Universitetinin Biologiya fakültəsində təhsil almaq üçün Türkiyəyə gedib.

 

"Ailəmdən heç bir maddi dəstək almamışam, yalnız dövlətin verdiyi təqaüd hesabına oxumuşam. Həm maddi, həm də mənəvi baxımdan bir çox problemlərim olub. Ancaq düşünürəm ki, çətinliklər həmişə insanı inkişaf etdirir. Məzun olandan sonra müxtəlif tibbi qurumlarda və kosmetik məhsulların istehsalı sahəsində işləmişəm. İndi isə ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram", - deyə şirkət sahibi qeyd edib.

 

© "Oxu"

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

27.08.2019 09:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ