Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Heyvanlar arasında xəstəlik yayılıb - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heyvanlar arasında xəstəlik yayılıb - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lerik rayonunda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik fermerlərin sanitar-gigiyena qaydalarına riayət etməməsi ilə bağlıdır.

 

Reklam_3_11

Bunu Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli bildirib. Qurumun sözçüsü bildirib ki, yay fəsli xəstəliklərin ən çox yayıla biləcəyi mövsüm olduğundan məhz bu dövrdə fermerlər heyvanlara daha diqqətli yanaşmalıdırlar:

 

“Adətən yay fəslində heyvanda qan-parazitar xəstəliklər mövcud olur. Həmin xəstəliyin bir neçə növü mövcuddur, bunlar teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz və mutallobdur. Heyvan bu xəstəliyə tutulduqda onda hərarət yüksəkliyi, halsızlıq, sarılıq, sidik ifrazı, qan azlığı və qidadan kəsilmə baş verir. Xəstəlik gənələr vasitəsi ilə yaranır, onun qarşısını qabaqlayıcı tədbirlərlə almaq olar. Fermerlər mütəmadi olaraq həftədə ən azı 1 dəfə heyvanı çimizdirməlidirlər. Çox təəssüf ki, bəzi fermerlər bu qaydalara riayət etmirlər və nəticədə heyvanlarda gənələr peyda olur”.

 

Y.Xanvəli əlavə edib ki, sözügedən xəstəliyə qarşı vaxtında mübarizə aparılmasa, heyvan tələf ola bilər.

 

DBX rəsmisi xidmət tərəfindən hazırda 13 xəstəliyə qarşı vaksinli mübarizə aparıldığını da vurğulayıb.


Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.

 

Həmin kəndin sakini Pərviz Titayev  bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var.

 

Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar vasitəsilə yayıldığını deyib. Sakinlərlə profilaktik tədbirlərin aparıldığını söyləyib. O qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report / Trend

27.08.2019 10:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ