Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch" agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin reytinqini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini "BB+" səviyyəsində təsdiq edib.

 

Reklam_3_11

Bu barədə Agentliyin rəsmi məlumatında bildirilir.

 

"Fitch" bildirib ki, onun bu təsdiqi "Cənub Qaz Dəhlizi" QSC-nin Azərbaycan Respublikası tərəfindən zəmanət verilmiş, toplam həcmi 2 mlrd. ABŞ dolları, tədavül müddəti 10 il olan istiqrazlara Agentliyin dəyişməyən mövqeyini əks etdirir. 

 

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, bu ay 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib. 

 

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC tam Azərbaycana məxsus olan şirkətdir. Onun 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

 

© Report

17.03.2017 07:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ