Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Abşeron bağlarında təhlükəli zərərverici yayılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeron bağlarında təhlükəli zərərverici yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərverici olan yastıcalara qarşı mübarizə aparmaq məqsədi ilə 1657 ha ərazidə müşahidələr aparılıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, müşahidələrin nəticələrinə əsasən 221 ha ərazidə "Tut qalxanlı" və "Unlu" yastıca  ilə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 54 hektarında mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib. Zərərvericilərə qarşı 60 hektar ərazidə hektara 250 qr məsarif normasıyla,"THİALAM" preparatından istifadə etməklə kimyəvi mübarizə tədbirləri aparılıb. Hal-hazırda  mübarizə tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, “Tut qalxanlı” yastıcası intensiv coxalan zərərvericidir. O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə  zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr cıxır. Azərbaycanda 2-3 nəsil verir.

27.08.2019 14:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ