Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çin Naxçıvana mobil elektrik stansiyaları verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Naxçıvana mobil elektrik stansiyaları verəcək

Avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanıb.

 

Reklam_3_11

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən bildirilib ki, müqaviləni xidmətin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə məsləhətçisi Vanq Çunqanq imzalayıblar.

 

Müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasına dəyəri 4 milyon 969 min manat olan 2 dəst 200 kilovat gücündə dizel generator maşını, eləcə də 410 dəst 2 kilovat gücündə mobil Günəş elektrik stansiyası, 410 dəst Günəş su qızıdırıcısı və 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiya qurğusu təmənnasız veriləcək.

 

Layihənin təchizatçısı Çinin “Hebei Maşın İdxal və İxrac şirkəti”dir.

 

Avadanlıqlar 110 gün ərzində muxtar respublikaya çatdırılacaq, şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq və yerli mütəxəssislərə təlim keçiriləcək.

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak edib.

27.08.2019 16:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ