Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnvestorlara borcu olan “METAK”ın gəlirləri və mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlara borcu olan “METAK”ın gəlirləri və mənfəəti azalıb

Azərbaycanda borular və fitinqlər istehsalçısı “METAK” şirkəti 2019-cu ilin 1-ci yarısını 1 milyon 456 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Belə ki, “METAK” şirkəti 2018-ci ilin birinci yarısını 3 milyon 132 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması satışdan gəlirlərin azalması ilə bağlıdır.

 

Reklam_3_11

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 36 milyon 520 min manat, cəmi xərclər 35 milyon 75 min manat təşkil edib. Nəticədə, “METAK” 1 milyon 456 min manat mənfəət əldə edib. Şirkət cari ilin birinci yarısında mənfəət vergisi ödəməyib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 38 milyon 261 min manat, cəmi xərcləri 35 milyon 129 min manat təşkil etmişdi. Nəticədə, “METAK” 3 milyon 132 min manat mənfəət əldə etmişdi. Şirkət cari ilin birinci yarısında da mənfəət vergisi ödəməmişdi.

 

“METAK” şirkəti 2018-ci ildə malların satışından 89 milyon 862 min manat gəlir əldə etmişdir. Şirkət ötən ili  2 milyon 281 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

Məlumat üçün bildirək ki, “METAK” şirkəti investorlara milyonlar borcludur. Şirkət qiymətli kağızlar bazarından sonuncu dəfə  istiqraz buraxaraq 3 milyon manat cəlb edib.

 

2018-ci ilin 1-ci yarısında “METAK” şirkətində işləyənlərin sayı 10 nəfər artaraq 777 nəfərə yüksəlib.

 

“METAK” şirkətinin yeganə payçısı (100%) Alik Kərimovdur.

28.08.2019 10:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ