Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kraliça,Consonun parlamentin tətilə buraxılması tələbini təsdiq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kraliça,Consonun parlamentin tətilə buraxılması tələbini təsdiq edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya Kraliçası 2-ci Yelizaveta, Baş nazir Boris Consonun parlamentin tətilə buraxılması tələbini təsdiq edib.
 

"Marja" xəbər verir ki, Kraliçanın kabinetindən verilən açıqlamada, monark 2-ci Yelizavetanın, Baş nazir Consonun 9 Sentyabr - 14 Oktyabr tarixlərində parlamentin tətil etməsi tələbini qəbul etdiyi bildirilib.
 

Reklam_3_11

Tələbin qəbul olunması ilə, Consonun, parlamentin müqaviləsiz "Brexit"in qarşısını alacaq bir qanun çıxarmasına mane olması mümkün hala gəldi.
 

Qərara görə, İngiltərə parlamenti 5 həftəliyinə tətil ediləcək.
 

Ana müxalifətdəki Fəhlə Partiyasının lideri Ceremi Corbyn, parlamentin əlavə tətilə çıxmasına reaksiya göstərərək, "Bu bir zorakılıqdır və demokratiyamıza təhdiddir",- deyib.
 

Parlamentin alt qanadı Avam Palatasının sədri Con Bercou isə parlamentin tətil etməsi təşəbbüsünü "konstitusion zorakılıq" kimi səciyyələndirmişdi.
 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Təşəbbüsün məqsədinin, parlamentin "Brexit"i müzakirə etməsinin qarşısını almaq olduğunu bildirən Bercou, "Parlamenti bağlamaq, demokratik prosesə və millətin seçilmiş nümayəndələri olan millət vəkillərinə təhqir olar", - ifadəsini işlətmişdi.

 

Tələbin qəbul etməsi ilə, ölkənin Avropa Birliyindən (AB) müqaviləsiz çıxmasını əngəlləmək üçün qanun çıxarmağa hazırlaşan müxalifət partiyalarının bu təşəbbüsləri üçün yetərli zaman qalmır.
 

Conson, 31 Oktyabrda müqavilə olsun və ya olmasın, Böyük Britaniyanın AB-dən çıxacağını tez-tez təkrarlayır.
 

 
Böyük Britaniyanın müxalifət partiyaları, Consonun ölkənin AB-dən müqaviləsiz çıxmasının qarşısını almaq üçün parlamentdə bir qanun çıxarmaq üçün öz aralarında müzakirələr aparırdılar.

 

Keçmiş Baş nazir Tereza Meyin AB ilə razılaşdırdığı "Brexit" müqaviləsi parlamentdə üç dəfə rədd edilmişdi.
 

Böyük Britaniya parlamenti, 29 Martda baş verməsi gərəkən müqaviləsiz "Brexit"i qanun çıxardaraq qarşısını almış, hökumət, AB-nin də razılığı ilə "Brexit"i 31 Oktyabra təxirə salmışdı.

 
Böyük Britaniya xalqı 2016-dakı referendumda 48%-ə qarşı 52% səs ilə Avropa Birliyindən çıxmaq qərarı vermişdi.

 

Parlamentin tətilə buraxılacağı xəbəri ilə İngilis funt-sterlinqi ABŞ dolları və avro qarşısında 0,7%-dən çox ucuzlaşıb. İngilis funt-sterlinqi 1,10 avro və 1,22 dollar səviyyələrinə düşüb.  

29.08.2019 05:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ