“Ata Texnologiya” Palatanın daha bir tenderinin qalibi oldu
“Ata Texnologiya” MMC Maliyyə Bazarlarına Nəzarət Palatasının keçirdiyi daha bir tenderin qalibi olub.
"Marja" xəbər verir ki, “Ata Texnologiya” şirkəti Palatada “şəbəkə infrastrukturunun və server otağının yenilənməsi" işini həyata keçirəcəkdir.
"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 17. 07. 2019 -cu il tarixdə keçirilmiş “Palatanın şəbəkə infrastrukturunun və server otağının yenilənməsi” işinin satın alınması üzrə Açıq tender üsulu ilə satınalma müsabiqəsində “Ata Texnologiya” MMC ƏDV daxil olmaqla 731.399,12 (yeddi yüz otuz bir min üç yüz doxsan doqquz manat 12 qəpik) manat məbləği ilə qalib elan olunmuş və qalib gəlmiş təşkilatla 26 avqust 2019 -cu il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır",- Palatanın Bildirişində deyilir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
“Ata Texnologiya” Palatanın tenderinin qalibi olaraq, lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatını da yaradır. Palata bu bəqsədlə “Ata Texnologiya”ya təxminən 605 min manat ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
5 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
6 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl