Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azfen" və BP arasında böyük məbləğli müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azfen" və BP arasında böyük məbləğli müqavilə imzalanıb

“Azfen” şirkəti (SOCAR və “Tekfen İnşaat”ın birgə müəssisəsi) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yeni qazma və hasilat platformasının tikinti və montaj işlərinin həyata keçirilməsi haqqında 486,3 mln. dollar dəyərində müqavilə imzalayıb. Bu barədə “Tekfen Holding”in məlumatında deyilir.

 

“"Azfen” və BP arasında imzalanmış 17 min ton ağırlığında platformanın inşası və quraşdırılması haqqında müqavilənin dəyəri 486,3 mln. dollar təşkil edir. “Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq “Tekfen İnşaat”ın layihədə payı 194,5 mln. dollardır. Layihə 38 ay müddətində həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

 

Müqavilədə platforma, qazma modulu, servis və yaşayış seksiyalarının inşası nəzərdə tutulur.

 

“Bu, “Tekfen İnşaat”ın ölkənin neft-qaz sektorunda fəaliyyətə başladığı 1992-ci ildən bəri inşa etdiyi 6-cı platforma olacaq”, - deyə məlumatda bildirilir.

 

“Tekfen İnşaat” “Tekfen Holding”in törəmə müəssisəsidir.

 

“Azfen” şirkəti 1996-cı ildə yaradılıb. Birgə müəssisədə tərəflərin iştirak payı belədir: “Tekfen İnşaat” - 40%, SOCAR - 60%.

 

AÇG blokunda yeni qazma və hasilat platformasının “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində inşası planlaşdırılır.

 

Bu il aprelin 19-da AÇG-nin işlənməsi layihəsinin səhmdarları Bakıda “Mərkəzi-Şərqi Azəri” platforması üzrə 6 mlrd. dollar dəyərində yekun investisiya qərarı imzalayıblar.

 

“Mərkəzi-Şərqi Azəri” layihəsi suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olacaq.

 

Layihə çərçivəsində tikinti işləri 2019-cu ildə başlayacaq və 2022-ci ilin ortalarınadək davam edəcək. Tikinti işlərinin pik dövründə 8 min nəfər cəlb olunacaq. İlk hasilatın 2023-cü ildə başlaması planlaşdırılır.

 

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

 

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

 

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu 43 mlrd. Dollar məbləğində qiymətləndirilir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© İnterfaks-Azərbaycan

29.08.2019 12:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ