Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Meqa Sığorta”nın gəlirləri və xalis mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meqa Sığorta”nın gəlirləri və xalis mənfəəti azalıb

“Meqa Sığorta” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 283 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ili eyni dövrünü 2 milyon 530 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Meqa Sığorta”nın xalis mənfəəti 9,8% azalıb. Xalis mənfəətin azalmasının əsas səbəbləri - toplanmış sığorta haqlarının azalması, eyni zamanda sığorta ödənişlərinin və işlərin aparılması xərclərinin artmasıdır. Həmçinin, şirkətin sığorta ehtiyatlarına ayırdığı vəsait 2,4 dəfə artıb.

 

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun dövründə 14 milyon 828 min manat olmuş cəmi gəlirlər, bu ilin 6 ayında 12 milyon 303 min manata geriləyib. O cümlədən, toplanmış sığorta haqları 15 milyon 14 min manatdan 14 milyon 598 min manata düşüb.

 

Şirkətin cəmi xərcləri isə, ötən ilin ilk yarısında 11 milyon 666 min manat ikən, bu ilin ilk yarısında 9 milyon 449 min manata geriləyib. Xərclərin azalmasının əsas səbəbi təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərcin 8 milyon 479 min manatdan 5 milyon 609 min manata düşməsidir.

 

“Meqa Sığorta”da işlərin aparılması xərci isə 30% artaraq 2 milyon 33 min manata qalxıb. Son 1 ildə şirkətin işçilərini sayı 10 nəfər artaraq 134 nəfərə çatıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Meqa Sığorta”nın müştərilərə verdiyi sığorta ödənişləri 10,5% artaraq 1 milyon 667 min manat təşkil edib.

 

Bu il “Meqa Sığorta” bir neçə iri sığorta ödənişləri ilə fərəhlənib. Məsələn şirkət, qəzaya uğramış "Nissan Patrol" markalı avtomobilə görə ödədiyi 72 min manatlıq sığorta ödənişini reklam edirdi.

29.08.2019 13:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ