7 qanuna dəyişiklik edilir

 

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında yeddi məsələnin müzakirəsi keçirilib.

 

Bunlar, "Fitosanitar nəzarəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqında", "Yeyinti məhsulları haqqında" və "Toxumçuluq haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.

 

Bütün layihələrdə dəyişikliklər onların "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

 

Qeyd edək ki, ümumiyyətlə, 28 qanun layihəsində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqında" qanuna uyğunlaşdırma ilə bağlı dəyişiklik ediləcək ki, bunlardan 7-si məhz Aqrar siyasət Komitəsinə aid məsələlərdir.

 

Layihələr müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə olunub. 

 

© Report

17 Mart 2017 , 11:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin