Dövlət büdcəsinin vəsaiti hesabına satınalmalar artıb

2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin vəsaiti hesabına 6404 sayda satınalma həyata keçirilib.

 

“Marja”nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

 

“01.01.2019-01.07.2019-cu il tarixlərində keçirilmiş 6404 sayda satınalma 3 milyard 110,2 milyon manat məbləğində vəsaiti əhatə etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həm say, həm də məbləğ baxımından çoxdur. Belə ki, cari ilin birinci yarımilində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 417 sayda və ya 7,0% çox satınalma keçirilmiş, məbləğ baxımından isə bu, 151,9 milyon manat və ya 5,1% çox olmuşdur.

 

Artım əsasən açıq tender və təkliflər sorğusu metodu ilə keçirilən satınalmalarda müşahidə edilmişdir. Ən böyük azalma isə 120 sayda və 46,2 milyon manat olmaqla bir mənbədən satınalmalarda müşahidə edilmişdir. Bir mənbədən satınalma prosedurlarında icra edilmiş vəsaitdə 36,1%- lə ən yüksək xüsusi çəkiyə “təcili tələbat”la keçirilən satınalmalar malik olmuşdur”,- Vüqar Gülməmmədov bildirib.

30 Avqust 2019 , 08:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin