Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlətin ali audit orqanından büdcə təhlili

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətin ali audit orqanından büdcə təhlili
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vüqar GÜLMƏMMƏDOV,
 Azərbaycan Respublikasının Hesablama Palatasının sədri

 

Dövlətin ali audit orqanı olaraq Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsi üzərində kənar dövlət maliyyə nəzarətini beynəlxalq standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirir və bu, müxtəlif vasitələrin tətbiqini nəzərdə tutur. Dövlət büdcəsinin icrasına nəzarətin bir istiqaməti kimi Hesablama Palatası müxtəlif məlumat mənbələrindən istifadə etməklə müəyyən dövrləri əhatə edən təhlillər həyata keçirir. “Hesablama Palatası haqqında” Qanunun tələblərinə uyğun olaraq 2019-cu ilin altı ayı üzrə aparılmış təhlil də müvafiq qaydada təqdim edilmişdir.   

 

Dövlət büdcəsinin icrası ilə bağlı ilk olaraq göstərilməlidir ki, 2019-cu ilin dövlət büdcənin gəlir və xərcləri ilin ilk 6 ayında müəyyən edilmiş proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 92,8% və 100,2% səviyyəsində icra edilmişdir.

 

Eyni zamanda qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin ilin ilk altı ayı profisitlə proqnozlaşdırılmış, hesabat dövrü kəsirlə başa çatmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət büdcəsinin gəlirləri 635,7 mln. manat və ya 6,4%, xərcləri isə 1426,6 mln. manat və ya 15% çox olmuşdur.

 

Dövlət büdcəsinin gəlirləri üzrə 23168,0 mln. manat məbləğində illik və 11314,6 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 45,3% və 92,8% səviyyəsində yerinə yetirilərək 10496,1 mln. manat məbləğində icra edilmişdir.

 

Dövlət büdcəsinin gəlirlərinin tərkibində yarımillik proqnozlar dövlət vergiləri (vergi və gömrük orqanları üzrə ümumilikdə) üzrə, müvafiq olaraq 109,2%, digər gəlirlər üzrə isə 81,8% səviyyəsində yerinə yetirilmişdir. 2019-cu ilin yanvariyun ayları ərzində büdcə daxilolmalarının həcmi dövlət vergiləri üzrə 4942,9 mln. manat, digər gəlirlər üzrə isə 5553,2 mln. manat təşkil etməklə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 12,9% və 1,3% artmışdır.

 

2019-cu ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin yığımını təmin edən əsas inzibatçı qurumlar üzrə bölgüdə DNF-nun payı 42,0% təşkil etməklə, əvvəlki illərdə olduğu kimi, yüksək olaraq qalmışdır.

 

2019-cu ilin nəticələri illik və yarımillik proqnozların əsas mənbələr kimi Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə artıqlaması ilə, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə əsasən yerinə yetirildiyini, Dövlət Neft Fondundan daxilolmalar üzrə isə kəsirlə icra olunduğunu göstərmişdir. Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7316,0 mln. manat məbləğində illik və 3339,4 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 49,7% və 108,8% səviyyəsində icra olunaraq 3632,8 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3702,0 mln. manat məbləğində illik və 1912,1 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 55,8% və 108,0% səviyyəsində icra olunaraq 2065,2 mln. manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 mln. manat məbləğində illik və 322,5 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 46,2% və 98,1% səviyyəsində icra olunaraq 316,3 mln. manat, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11364,3 mln. manat məbləğində illik və 5682,2 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8% və 77,7% səviyyəsində icra olunaraq 4413,0 mln. manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur.

 

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2% səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun, qeyd olunduğu kimi, 77,7% səviyyəsində və ya 1269,2 mln. manat az yerinə yetirilməsi ilə əlaqədar olmuşdur. Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlərin həcmində əvvəlki illə müqayisədə artımların əldə olunması qeyri-neft sahələrindən daxilolmaların hesabına mümkün olmuşdur.

 

Vergilər Nazirliyinin xətti ilə dövlət vergilərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası istər ümumilikdə, istərsə də əsasən bütün vergi növləri səviyyəsində artıqlaması ilə icra olunmuş,mədən vergisi və Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi müəyyən kəsirlərlə yerinə yetirilmişdir. Hesabat dövründə Vergilər Nazirliyi xətti ilə büdcə gəlirlərinin 69,1%-i qeyri-neft, 30,9%-i isə neft sahələrindən yığımların payına düşmüşdür ki, bu da əvvəlki ilin birinci yarımilliyi ilə müqayisədə xüsusi çəkilərin faiz nisbətini 3,9 faiz bəndi qeyri-neft sektorundan daxilolmaların xeyrinə dəyişmişdir.

 

2019-cu ilin yanvar-iyun ayları ərzində büdcə daxilolmalarının həcmi neft sektoru üzrə 1121,8 mln. manat, qeyri-neft sektoru üzrə isə 2511,0 mln. manat təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 56,0 mln. manat və ya 4,8% azalmış və 306,2 mln. manat və ya 13,9% artmışdır. Ümumilikdə, dövlət büdcəsinin neft sahələrindən gəlirləri 2019-cu ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251,0 mln. manat və ya 4,3% azalaraq 5534,8 mln. manata enmiş, qeyrineft sahələrindən gəlirləri isə 841,1 mln. manat və ya 20,6% artaraq 4915,7 mln. manatadək yüksəlmişdir. Hesabat dövründə neft və qeyri-neft sahələrinin gəlirlərdə payları müvafiq olaraq 53,0% və 47,0% təşkil etmişdir ki, bu da 2019-cu il üçün proqnozlaşdırılmış göstəricilərə əsasən uyğundur.

 

Gəlirlərin təhlili ilə bağlı bir faktı qeyd etməliyik ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcədaxilolmalar 19,4 mln. manat məbləğində təşkil etmişdir. Bu da nağdlaşdırılmış vəsaitin həcminin təxminən 1,9 mlrd. manat təşkil etməsini deməyə əsas verir. Nağdlaşdırılmış vəsaitin həcminin yüksək olması, eyni zamanda 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 26,7% artması dövlət büdcəsinin vergi gəlirlərinin yığımı prosesində yayınma risklərinin səviyyəsini göstərməklə yanaşı ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksəldilməsi istiqamətində maneələr yaradır.

 

Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təqribən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilmişdir ki, bu da ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksək olduğunu əks etdirir. Beləliklə də, 2019-cu ilin I yarımilliyinin nəticələri cari ilin sonunadək faktiki icranın daha artıq olacağını deməyə əsas verir. Digər tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlara əsasən nağdsız ödəniş infrastrukturunun əsas göstəriciləri üzrə 2019-cu ilin yanvar-iyun ayları ərzində müəyyən artımlar müşahidə olunsa da göstəricilərin mütləq həcmləri prosesin makroiqtisadi müstəvidə dəyərləndirilməsi üçün hələ ki, qənaətbəxş səviyyəyə çatmamışdır.

 

Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə müəyyən edilmiş proqnoz göstəricilərin icrası ümumilikdə və əsas gəlir növləri üzrə artıqlaması ilə təmin edilmiş, eyni zamanda aksizlər, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi və ixrac rüsumları üzrə kəsirlər yaranmışdır. Hesabat dövründə komitə xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artması bilavasitə idxal olunan malların (istər gömrük ödənişlərindən azad olunan, istərsə də gömrük ödənişlərinə cəlb olunan) həcminin artması ilə əlaqədar olmuşdur. Dövlət büdcəsinin altı aylıq icrasında qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirlərinin 57,6%-i büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 29,6%-i məqsədli büdcə fondlarının daxilolmalarının və 12,8%-i sair daxilolmaların payına düşmüşdür. 2019-cu ilin birinci yarımilliyində 2018-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 48,4 mln. manat və ya 36,2%, məqsədli büdcə fondlarının daxilolmaları 47,4 mln. manat və ya 2,0 dəfə, sair daxilolmalar isə 25,8 mln. manat və ya 2,8 dəfə artmışdır. Şəhər və rayonların yerli gəlirləri hesabat dövründə artıqlaması ilə yerinə yetirilmişdir. Belə ki, cari ilin 6 aylıq dövrü üçün nəzərdə tutulmuş 337,2 mln. manata qarşı yerli gəlirlər 401,4 mln. manat məbləğində və ya 119,0%, o cümlədən Bakı şəhəri üzrə 109,5 mln. manata qarşı 119,3 mln. manat və ya 108,9% səviyyəsində icra edilmişdir. 4 rayon (Bìləsuvar, Zaqatala, Zəngìlan, Xızı) istisna olmaqla, digər şəhər və rayonlar üzrə icra məbləği hesabat dövrünün proqnozunu üstələmişdir. Ən yüksək icra səviyyəsi (3,44 dəfə çox) Göygöl rayonu üzrə müşahidə edilmişdir. Belə ki, bu rayon üzrə yarım il ərzində icra edilmiş yerli gəlirlər 6515,5 mln. manat təşkil etmişdir ki, bu da 2019-cu il üçün nəzərdə tutulmuş cəmi məbləğdən 1,6 dəfə çoxdur.

 

2019-cu ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 10951,0 mln. manat məbləğində icra edilmişdir ki, bu da il üçün nəzərdə tutulmuş büdcə xərclərinin 43,5%-nə, altı ay üçün proqnozlaşdırılmış (təsdiq edilmiş bölgüyə əsasən) xərclərin isə 100,2%- nə bərabərdir.

 

2019-cu ilin ilk altı ayında büdcə xərclərinin funksional təsnifat üzrə strukturunda hesabat dövrü üçün bölmələrin iştirak payları il üçün proqnozlaşdırılmış müvafiq göstəricilərə uyğun olmuş, hesabat dövründə daha böyük xüsusi çəki “Sənaye, tikinti və faydalı qazıntılar” (21,9%),“Ümumi dövlət xidmətləri” (18,3%), “Müdafiə” (14,6%), və “Sosial müdafiə və sosial təminat” (13,6%) bölmələrinə aid olmuşdur. Ümumilikdə cari ilin yanvariyun aylarında icra edilmiş dövlət büdcəsinin xərcləri ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə funksional təsnifatın 11 bölməsi üzrə artmış, 3 bölməsi üzrə azalmışdır. Qeyd edək ki, təsdiq edilmiş bölgüyə əsasən cari ilin 6 aylıq dövrü üçün funksional təsnifatının bölmələri üzrə ilkin təyinat 43,39% səviyyəsində müəyyənləşdirilmiş, icra prosesində funksional təsnifatın 10 bölməsində dəyişikliklər aparılaraq proqnoz nisbətləri 2 bölmə üzrə artırılmış və 8 bölmə üzrə azaldılmışdır. Proqnozla müqayisədə 12 bölmə üzrə ümumilikdə 304,0 mln. manat məbləğində vəsait icra edilməmiş və bu məbləğdə ən yüksək paya “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” (24,6%) bölməsi malik olmuşdur.

 

Xarici valyutada aparılan əməliyyatların həcminin 2019-cu il üzrə proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 15,9%-ni təşkil etmişdir. Məlumat üçün qeyd edək ki, 2015-ci ildə dövlət büdcəsindən təkcə dövlət borcuna xidmətlə bağlı xərclər 704,4 milyon manat təşkil etmişdirsə, 2018-ci ildə bu məbləğ 2235,6 milyon manata bərabər olmuş, başqa sözlə, 3 il ərzində dövlət borcuna xidmətlər bağlı xərclər 3,2 dəfə artmışdır. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı məlumatlar dövlət müəssisələri üzrə 2019-2024-cü illər üzrə dövlət büdcəsinə 2960,8 mln.manat həcmində vəsait ödəniləcəyinin nəzərdə tutulduğunu göstərir. Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir.

 

Təqdim olunan məlumatlara əsasən 2019-cu ildə Dövlət İnvestisiya Proqramının icrasını təmin etmək məqsədilə müxtəlif maliyyə mənbələri hesabına ümumilikdə 6261,6mln. manat vəsait nəzərdə tutulmuş, 2019-cu ilin I yarımilliyində cəmi 2195,4 mln. manat (35,1%) vəsait istifadə olunmuşdur. Bu göstərici son illərin müvafiq göstəricilərindən aşağıdır. Əvvəlki illərdən fərqli olaraq 2019-cu ildə texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi məqsədilə 10,0 mln.manat nəzərdə tutulmuş, bu vəsaitdən 86,7 min manat (0,9%) maliyyələşmə aparılmışdır. Ayrılmış vəsaitin 8,9 mln. manatının bölgüsü aparılaraq bir sıra sifarişçi təşkilatlar tərəfindən məsləhətçi şirkətlərinin cəlb edilməsi və layihə-smeta sənədlərinin hazırlanmasına yönəldilməsi nəzərdə tutulur. 2019-cu ilin I yarımilliyi ərzində bir sıra yeni layihələrə vəsait ayrılıb Dövlət İnvestisiya Proqramına daxil edilsə də, bu layihələr üzrə texnikiiqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün vəsait nəzərdə tutulmamışdır. Əksər layihələr üzrə 01.07.2019- cu il tarixə icra faizinin aşağı olması ilə yanaşı 755,6 mln. manat dəyərində bir sıra layihələr üzrə ümumiyyətlə maliyyələşmə aparılmamışdır. Qeyd olunanlarla yanaşı, 2019-cu ilin I yarımilliyində 67 sərəncamla dürüstləşmələr aparılaraq müvafiq bölgü və yerdəyişmələr həyata keçirilmişdir. Hesabat dövründə ən yüksək icra səviyyəsi 167,7%-lə “Faizlər üzrə ödənişlər” bölməsində, ən aşağı icra səviyyəsi isə 71,1%-lə “Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsində müşahidə edilmişdir.

 

2019-cu ilin altı ayında büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərcləri 175,8 mln. manat məbləğində icra edilmişdir. Bu il üçün nəzərdə tutulmuş büdcədənkənar xərclərin 29,8%- ni, 6 aylıq dövr üçün təsdiq edilmiş büdcədənkənar xərclər üzrə smetanın isə 68,7%-ni təşkil edir. Hesabat dövrü üçün büdcədənkənar xərclərin nəzərdə tutulmuş (43,39%) və faktiki icra (29,79%) səviyyələri arasında fərq 13,6 faiz bəndi təşkil etməklə əhəmiyyətli olmuşdur.

 

Şəhər və rayonların yerli xərcləri ümumilikdə 365,7 mln. manat proqnoza qarşı 305,2 mln. manat və ya 83,5%, o cümlədən Bakı şəhəri üzrə 104,1 mln. manata qarşı 83,3 mln. manat və ya 80,0% səviyyəsində icra edilmişdir. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, şəhərlər üzrə icra səviyyəsi ümumlikdə 81,0% təşkil edir ki, bununda əsas səbəbi Naftalan (79,0%), Yevlax (78,9%), Gəncə (77,3%), və Şəki (74,7%) şəhərlərində xərclərin icra səviyyəsinin aşağı olmasıdır. Şəhərlər üzrə yerli xərclərin icrasında ən yüksək icra səviyyəsi Lənkəranda (102,1%) müşahidə edilmişdir. 01.01.2019-01.07.2019-cu il tarixlərində keçirilmiş 6404 sayda satınalma 3110,2 mln. manat məbləğində vəsaiti əhatə etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həm say, həm də məbləğ baxımından çoxdur. Belə ki, cari ilin birinci yarımilində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 417 sayda və ya 7,0% çox satınalma keçirilmiş, məbləğ baxımından isə bu, 151,9 mln. manat və ya 5,1% çox olmuşdur. Artım əsasən açıq tender və təkliflər sorğusu metodu ilə keçirilən satınalmalarda müşahidə edilmişdir. Ən böyük azalma isə 120 sayda və 46,2 mln. manat olmaqla bir mənbədən satınalmalarda müşahidə edilmişdir. Bir mənbədən satınalma prosedurlarında icra edilmiş vəsaitdə 36,1%- lə ən yüksək xüsusi çəkiyə “təcili tələbat”la keçirilən satınalmalar malik olmuşdur. Azərbaycan Respublikası

 

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2018-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləği 524,0 mln. manat və ya 26,9% artaraq 2472,0 mln. manat təşkil etmişdir. Debitor borclarda qeyd edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 4,8%-nə bərabərdir. Dövlət büdcəsinin kəsirinin maliyyələşməsinə 6 ay üzrə yönəldilən məbləğ 545,4 mln. manat təşkil etmişdir.

 

2019-cu ilin 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 40,9 mln. manat (illik proqnozun 51,1%-ini) təşkil etmişdir, 6 ay üçün müəyyən olunmuş tapşırıq 4,0 mln. manat və ya 10,8% çox icra olunmuşdur. 2018-ci ilin 6 ayı üzrə müvafiq göstərici ilə (53,4 mln. manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 12,6 mln. manat və ya 23,5% az olmuşdur.

 

Dövlət büdcəsinin kəsiri maliyyələşdirilməsi üçün digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) daxilolmalar 2019-cu il dövlət büdcəsində 1942,0 mln. manat, 2019-cu ilin 6 ayı üzrə 106,4 mln. manat məbləğində nəzərdə tutulmuş, birinci yarımillikdə 259,9 mln. manat vəsait daxil olmuşdur ki, bundan 102,5 mln. manat daxili borclanma üzrə dövlət istiqrazlarının satışından, 157,4 mln. manat vahid xəzinə hesabının qalığından ibarət olmuşdur. Sərbəst qalığın ilin əvvəli ilə müqayisədə 157,4 mln. manat məbləğində azalması ilə yanaşı, digər tərəfdən, daxili dövlət borclanmasının həcmi əlavə olaraq 102,5 mln. manat artmışdır.

 

Daxili dövlət borcunun artımı isə, öz növbəsində, dövlət istiqrazları üzrə borcun məbləğinin 856,1 mln. manat və 6 ay ərzində ödənilən faiz və diskont xərclərinin 45,1 mln. manat olmasına şərait yaratmışdır. Ümumiyyətlə, hesab edirik ki, cari ilin sonuna vahid xəzinə hesabının qalığının artımı gözlənilir. Təqdim olunmuş operativ məlumatlara əsasən 1 iyul 2019-cu il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 12,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır ki, bu 1 yanvar 2019- cu il tarixə vəziyyətlə müqayisədə 0,1 mlrd. ABŞ dolları və ya 0,8% azdır. Həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2019-cu ilin 6 ayı ərzində 7,1 mln. ABŞ dolları və ya 0,08% azalaraq 8920,0 mln. ABŞ dolları (şərti öhdəliklər daxil olmaqla) təşkil etmişdir. Bu meyl ölkə başçısı tərəfindən xarici borcun məbləğinin azaldılması istiqamətində müəyyən edilmiş hədəflərə uyğundur. İmzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 19,0%-ni təşkil etmiş, adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,2 ABŞ dolları və ya 0,9% azalaraq 1 iyul 2019-cu il tarixə 890,8 ABŞ dolları təşkil etmişdir. 01 iyul 2019-cu il tarixinə operativ məlumatlara əsasən dövlətin daxili borcu 1346,1 mln. manat (şərti öhdəliklər daxil olmaqla) təşkil etmişdir ki, bu 01 yanvar 2019-cu il tarixə olan məbləğlə müqayisədə 25,9 mln. manat və ya 2,0% çoxdur.

 

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanuna əsasən 2019-cu il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 872,4 mln. manat təşkil etmiş, 2019-cu ilin 6 ayı ərzində 214,5 mln. manat, yəni 24,6% azalaraq 2019-cu il 30 iyun tarixinə 657,9 mln. manat olmuşdur.

 

Beləliliklə, 2019-cu ilin 6 ayı üzrə dövlət büdcəsinin icrası vəziyyəti Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş məqsədlərə hədəflənməklə vəsaitlərin müvafiq qaydada icra edildiyini qeyd etmək imkanı verir.

30.08.2019 06:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ