Ən yuxarı statik reklam-3_3

Nağdsız Ödənişlər üzrə Lider Bank yenə Bank of Baku seçilib!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nağdsız Ödənişlər üzrə Lider Bank yenə Bank of Baku seçilib!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank of Baku, artıq 4-cü ildir ki, ardıcıl olaraq, Mərkəzi Bank tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasının qalibi olaraq seçilir.

 

2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə nağdsız ödənişlərin, müasir texnologiyadan istifadənin genişləndirilməsinin təşviqi məqsədilə müxtəlif layihələr və müsabiqələr təşkil edir.

 

Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyilə keçirilən sayca 4-cü müsabiqədə Bank of Baku öncəki illərdə olduğu kimi, bu il də nağdsız ödənişlər üzrə ölkənin lider bankı adını qoruyub saxlaya bilib. Bununla yanaşı, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə də 2-ci yerə layiq görülən Bank, qaliblər sırasında yer alıb.

 

Bankın “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi departamenti”nin direktoru Anar Abbasov: “Elektron bankçılığın inkişafı sahəsində fəaliyyətimizi genişləndirərək, müştərilərimizin filiala gəlmədən xidmətlərimizdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin əsas məqsədi müştərilərimizin bankomatlar, ödəniş terminalları, e-kommersiya xidmətləri, internet bankçılıq, mobil bankçılıq, sms bankçılıq və digər elektron bankçılıq xidmətlərindən istifadə edərək əməliyyatlarını daha rahat şəkildə icra etmələrinə dəstək olmaqdır.” deyə, qeyd edib.

17.03.2017 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ