Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Üstündən 5 ay keçib: nə təhlil var, nə də təklif"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Üstündən 5 ay keçib: nə təhlil var, nə də təklif"

"Bəzi yerlərdə peşəkarlıqdan kənar olaraq, Bakının tarixi mərkəzində nə ətrafdakı binaların miqyasına, nə də tarixi məhəllələrin planlı surətdə qorunub saxlanılmasına məhəl qoyulmur. Bunun da səbəbi, bu əraziyə pərakəndə yanaşmaqdadır". 


“Marja”nın məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri,Respublikanın Əməkdar memarı Elbay Qasımzadə bildirib.
 

Elbay Qasımzadə deyib ki, Bakının inzibati rayonlarının sərhədləri, onun vahid şəhərsalma tarixi abidəsi olan mərkəzini dörd yerə bölüb: Səbail, Yasamal, Nəsimi, Nərimanov rayonlarının ərazilərinin bir qismi bu qoruq əraziyə aiddir:

 

“Misal gətirim. Bakı sakinlərinin ən sevdikləri Nizami küçəsinin cənub sərhədi Səbail rayonuna, şimal tərəfi isə Nəsimi rayonuna aiddir. Hər iki rayonun rəhbərliyi, memarı və s. aidiyyəti olan işçiləri var. Bunların təbii ki, zövqü də, yanaşmaları da bir-birindən fərqlidir və öz keyfiyyətləri səviyyəsində bu insanlar vəzifə borclarını yerinə yetirərək qərarlar verirlər. Küçənin bir tərəfində biri, o biri tərəfində isə o birisi. Dostlar, küçə birdir! Nizami küçəsidir, Bakının bir neçə nəsil sakinlərinin böyüdüyü “Torqovı” küçəsidir!..”


Bu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə sənət adamlarının görüşündə mən bu məsələni şəhər üçün ən böyük təhlükə olduğunu vurğulayaraq qaldırdım”, deyən əməkdar memar sözlərinə belə davam edib:

 

Görüşün sonunda yekun sözündə möhtərəm Prezidentimiz bütün səslənən fikir və təkliflər haqqında danışaraq, Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi və bu əraziyə xüsusi status verilməsi ideyasını böyük həvəs və hərarətlə dəstəklədi. Hətta Dənizkənarı Bulvarı və İçərişəhəri nümunə gətirib, onlara xüsusi status veriləndən sonra oradakı vəziyyətin nə dərəcədə yaxşılaşdığını təsdiqlədi. Bu barədə danışarkən cənab Prezident yerindəcə tapşırıqlar da verdi. Biz Memarlar İttifaqı olaraq, bu tapşırıqların bizə aid olan hissəsini - Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi təklifini 3 gün ərzində hazırladıq və müvafiq qaydada təqdim etdik. Bu sənəd təhlil edilib və müxtəlif dövlət qurumlarına və nazirliklərinə göndərildi. 


Qeyd etməliyəm ki, mənim iclasda çıxışım bu təşkilatlarda böyük həyəcana səbəb oldu. O zaman mən düşünürdüm ki, bu sevinc həyəcanıdır. 


Üstündən 5 ay keçib: nə təhlil var, nə də təklif. Düşünürəm ki, burada təşkilatlararası maraqlar məsələnin həllinə mane olur. İndi başa düşürəm ki, o həyəcan maraqların pozulması səbəbindən imiş. Əlbəttə, bu ərazidə torpaq, mülkiyyət, inzibatçılıq və başqa maraqlar çoxdur. Lakin məqsədin nə dərəcədə vacibliyini nəzərə alaraq, öz maraqlarını aşıb, vətənpərvərliyə üstünlük vermək lazımdır. Ümid edirəm ki, bu sözlərim aidiyyəti olan insanların qəlbinə çatacaqdır. Əgər çatmazsa, heç şübhəm yoxdur ki, dövlət başçısı yaxın zamanda tapşırığının nə dərəcədə icra olunduğunu soruşacaq. Çünki o, yurdunu, tarixini, mədəniyyətini yüksək tutan şəxsiyyətdir. 


Həmin görüşdə Bakıda XX əsrin parlaq memarlıq ulduzları olan Sadıx Dadaşovun və Mikayıl Hüseynovun abidələrinin ucaldılması məsələsi də səsləndi və cənab Prezident tərəfindən tapşırıq verildi. Ümid edirəm ki, Bakının memarlıq simasını formalaşdıran əsərlərin müəlliflərinin abidələri yaxın vaxtda ucaldılacaq.
Bakı haqqında hər insan başa düşdüyü səviyyədə düşünür. Biri uşaqlığı keçdiyi şəhər kimi, o biri ilk məhəbbətini tapdığı yer kimi, kim isə ünvanının bir hissəsi kimi... 


GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Gəlin Bakıya həm qürur duyduğumuz müstəqil dövlətimizin paytaxtı kimi, həm havasına, boz divarlarına, günəş altında əriyən asfaltına qurban olduğumuz müqəddəs yer kimi, həm hər birimizin qayğısına, qulluğuna, məhəbbətinə böyük ehtiyac duyan ağbirçək anamız kimi münasibət bəsləyək. Belə olarsa, gələcək nəsillər qarşısında vicdanımız təmiz, başımız uca olar”.

30.08.2019 07:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ