Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 285 milyon 604 min manat sığorta haqqı toplanılıb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.

 

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,5% artaraq 137 milyon 328 min manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 109 milyon 988 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

 

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,3% artaraq 44 milyon 644 min manata çatıb.

 

Beləliklə, 2019-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyul aylarında 32,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,6 manatdan 32,5 manata qalxıb.

 

Həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 161 milyon 630 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 22,65% azdır.

 

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 261 milyon 301 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,15% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,5% artaraq 65 milyon 1 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 10,35% artaraq 89 milyon 622 min manata çatıb.

 

Beləliklə, 2019-cu ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 31 manat və 32,4 manat olub.

 

 

© “Renkinq” 

30.08.2019 07:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ