Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycanda “Belarusskiy” şəbəkəsini idarə edən şirkət cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Belarusskiy” şəbəkəsini idarə edən şirkət cərimələnib

Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb.

 

Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən cərimə edilib.

 

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

"Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. "Belarusskiy" mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

©"Report"

30.08.2019 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ