Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-ın törəmələrinin birjaya çıxarılacağı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın törəmələrinin birjaya çıxarılacağı bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-ın törəmə şirkətlərinin səhmlərinin birjada ilkin kütləvi təklifi (İPO) üçün işlərə başlandığı bildirilir.

 

Adının açıqlanmasını istəməyən mənbənin “Marja”ya verdiyi məlumata görə, törəmə şirkətlərin səhmlərinin gələn il açıq bazara buraxılması nəzərdə tutulur. Hazırlıq işlərinə bu ildən start verilib.

 

Qeyd edək ki, uzun illərdir çalışılsa da, Azərbaycanda heç bir şirkətin səhmlərinin ilkin kütləvi satışına (İPO) nail olunmayıb. İlk İPO-nun uğurlu olması üçün, İPO-ya çıxacaq şirkət də güclü və gəlirli olmalıdır. SOCAR-ın törəmə şirkətlərinin ilk İPO üçün seçilməsi bu baxımdan məqsədəuyğundur.

 

SOCAR-ın törəmə şirkətlərinin səhmlərinin birjada satılması baş tutarsa, investorlar dolayı yolla neft, qaz və neft məhsullarının satışından əldə ediləcək gəlirlərə şərik olacaqdır.

 

SOCAR törəmə, asılı və birgə müəssisələrə malikdir. Azərbaycanın ən böyük şirkətinin 10-dan artıq törəmə şirkəti var.

30.08.2019 10:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ