Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qeyri-neft sektoru üzrə ixracda məhdud artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft sektoru üzrə ixracda məhdud artım

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub.

 

Reklam_3_11

İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 14 faiz  artıb.

 

Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon ABŞ dolları və ya 17 faiz artıb.

 

Cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4  milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz, Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz və İtaliyaya 2,4 dəfə artıb.

 

POMİDOR LİDERLİYİNİ QORUYUB

 

2019-cu ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (141,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 85 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı  (82,2 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

 

Ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon,  kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı  16,5 milyon  ABŞ dolları təşkil edib. 

 

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə,  kimya sənayesi məhsullarının ixracı 40,9 faiz, pambıq ipliyinin ixracı 39,5 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50,6 faiz, meyvə-tərəvəzin ixracı 14,6 faiz, şəkər ixracı 10,7 faiz artıb.

 

2019-cu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon ABŞ dolları və ya 26 faiz  artıb.

 

Cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 milyon ABŞ dolları), Türkiyəyə (37,9  milyon ABŞ dolları), İsveçrəyə (14,8 milyon ABŞ dolları) Gürcüstana (14,7  milyon ABŞ dolları) və Yunanıstana (6,1 milyon ABŞ dolları)  ixrac edilib.

 

2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon ABŞ dolları) birinci, albalı və gilas (12,5 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 milyon ABŞ dolları)  üçüncü olub.

30.08.2019 13:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ