Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Peyklərimizdən əldə edilən gəlir 2 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peyklərimizdən əldə edilən gəlir 2 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub.

 

Reklam_3_11

“Marja” xəbər verir ki,  “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

 

Məlumat verilib ki, 2019-cu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 14 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi.

 

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

 

2019-cu ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

 

 2018-ci ilin iyul ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil etmişdi.

30.08.2019 13:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ