Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azexport.az portalına ixrac sifarişləri 10 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azexport.az portalına ixrac sifarişləri 10 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, “İxrac İcmalı”nda 2019-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

 

Göstərilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azexport.az portalına 346,6  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz  artıb.

 

2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5  milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu  ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(12,1%), Türkiyə (6,4%), ABŞ (6%), Hindistan (5,7%)  və  İngiltərə (4,8%) qərarlaşıb.

 

Bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara daxil olub.

 

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.

30.08.2019 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ