Dünyanın ən böyük pulsuz təhsil platforması Azərbaycan dilinə lokallaşdırılacaq
Azərbaycanın Təhsil Nazirliyi “Edumedia Azərbaycan” MMC ilə müqavilə imzalayıb.
“Marja” xəbər verir ki, məbləği 249 min 570 manat olan müqavilə “Khan Academy” dərslərinin lokallaşdırılması işlərinin satınalınmasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, 2006-ci ildə ABŞ-da Salman Khan tərəfindən yaradılan "Khan Academy" dünyanın ən böyük pulsuz təhsil platformasıdır və www.khanacademy.org ünvanında ana dili İngiliscə olaraq təhsil verir. Hər gün yeni məzmunlar təqdim edən "Khan Academy"nin bu günə qədər yayımladığı 10.000-ə yaxın təhsil videosu təxminən 1 milyard dəfə izlənmişdir.
"Khan Academy" qazanc məqsədi güdməyən bir təşkilatdır, məzmunları tamamilə pulsuzdur və öyrənmək istəyən hər kəsin istifadəsinə açıqdır. "Khan Academy", şəxs, şirkət və müəssisələrin ianə və yardımları ilə böyüməkdədir. Bu gün 36 dildə olan "Khan Academy" məzmunları dünyanın bir çox ölkəsində müəllimlər və tələbələr tərəfindən təhsil üçün istifadə edilir. Təxminən 1,5 milyon müəllim və 37 milyon tələbə hər ay "Khan Academy"nin təqdim etdiyi dünyanın ən böyük sinfində dərs işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl