Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng "RAHAT" supermarket açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng "RAHAT" supermarket açıldı

® Bu gün Abşeron rayonu, Müşfiqabad qəsəbəsində "RAHAT" supermarketlər şəbəkəsinin yeni filialının açılışı olub. 

 

Reklam_3_11

1500 kvadrat metrlik sahəni əhatə edən yeni mağazada 20 minə qədər müxtəlif çeşiddə mallar ən münasib qiymətlərlə vətəndaşlara təklif edilir.

 

Mağazanın açılışında iştirak edən "RAHAT" Marketlər şəbəkəsi, "ANC Group" MMC-nin baş direktorun müavini Emin İsmayılov vətəndaşları endirimli qiymətlərdən yararlanmağa dəvət edib.

 

E.İsmayılov bildirib ki, bu, "RAHAT" Marketlər şəbəkəsinin sayca 38-ci filialıdır:

 

"Bu gün "RAHAT" Marketlər şəbəkəsinin 38-ci mağazasının açılışıdır. Əhalinin tələbatına görə mağazalarımızın sayı da sürətlə artır. Müşfiqabad qəsəbəsində isə artıq ikinci mağazamızın açılışını edirik. Açılışla əlaqədar olaraq 20 manatlıq alış-veriş edən hər kəsə müxtəlif növ dəyərli hədiyyələrimiz olacaq. Vətəndaşların rahat alış-veriş etməsi üçün kampaniya üç gün ərzində davam edəcək. 

 

İzdihamdan da göründüyü kimi, insanlar keyfiyyətli və münasib qiymətlərlə alış-veriş üçün "RAHAT" Marketi seçir. Xüsusi dizaynla tərtib edilən mağazamız ən son texniki avadanlıqlarla təchiz edilib. Hər kəsi möhtəşəm aksiyalardan faydalanmağa dəvət edirik".

 

Qeyd edək ki, "RAHAT" Marketlər şəbəkəsinin Bakının müxtəlif istiqamətlərində filialları fəaliyyət göstərir. Gündəlik 80 mindən çox müştəriyə xidmət göstərən "RAHAT" market filiallarında müştərilərin büdcəsinə uyğun, bol çeşiddə, yüksək keyfiyyətli məhsullar təklif olunur. Müştərilərin rahat alış-veriş etməsi üçün hər cür şərait yaradılıb.

30.08.2019 16:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ