Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Koreyanın beynəlxalq korporasiyası Azərbaycandan gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koreyanın beynəlxalq korporasiyası Azərbaycandan gedir

Koreyanın beynəlxalq korporasiyası Azərbaycandakı nümayəndəliyini bağlayır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "POSCO INTERNATIONAL CORPORATİON" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, mənzil ünvanına bildirə bilərlər.

 

"POSCO INTERNATIONAL" "POSCO DAEWOO" şirkətinin varisidir.

 

"POSCO INTERNATIONAL CORPORATİON" iri ticarət şirkəti olmaqla bərabər,  layihələrin idarə edilməsi və metal emalı ilə də məşğul olur.

 

Bu il Apreldə Konstitusiya Məhkəməsi bu şirkət ilə bağlı qərar vermişdi

 

Aprel ayında Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilimişdi

 

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 may tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 2017-ci il 12 iyun tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEWOO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 2018-ci il 16 may tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 

Qeyd edək ki, “Posco Daewoo Corporation” şirkəti “City Bus” MMC, “Logestics Group” MMC,  “Baghlan Group” FZCO Azərbaycan Respublikasındakı filialı və “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı filialından pul tələb edir. 

30.08.2019 20:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ