Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması üzrə müsabiqənin qalibi elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması üzrə müsabiqənin qalibi elan edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC təşkilatçılığı ilə “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “Azcloud Hackathon 2019” müsabiqəsi başa çatıb.

 

Reklam_3_11

Yarışma bir neçə mərhələdən ibarət idi. Komandalar müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması və platformasının (CRM) yaradılması üzərində çalışırdırlar. İlk öncə texniki tapşırıqlarını alan komandalar 30 avqust saat 10:00-dan 18:00-a kimi öz məhsullarını prezentasiya şəklində münsiflər heyətinə təqdim ediblər.

 

9 nəfər üzvü olan münsiflər heyətinə R.İ.S.K. şirkətinin icraçı direktoru Rüfət Quliyev, TrendMicro şirkətinin MDB ölkələri, Gürcüstan və Monqolustan üzrə regional direktoru German Pozankov, “Azercell Telekom” MMC-nin baş eksperti Asif İbrahimov, “Bestcomp” şirkətinin sistem arxitektoru Hafiz Mustafa, Orxan Mirsadiqov HPE Azərbaycan şirkətinin texniki məsləhətçi “AzInTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev, Proqram təminatının inkişafı şöbəsinin müdiri Əşrəf Şahverdiyev və Proqram təminatının inkişafı şöbəsinin mütəxəssisi Eldar Vəlibəyov daxil idi.

 

Qeyd edək ki, müsabiqəyə 20 komanda və 80-dən çox iştirakçı qeydiyyatdan keçərək qatılmışdır. Bu komandalar JetNails, Avanti, Espresso Team, Coffee Jar, Sooners, Simplify, 24/7, Just Amateurs, Binary Beats, CodeRun, Bottom text, Salam, Heaps don’t lie, 45 minutes, Code fathers, Good Fellas, Guardians, The Unknowns, Adroit, Novum Juniors komandalar idi.

 

Axşam saatlarında təşkil olunan qala gecəsində münsiflər heyəti tərəfindən “Azcloud Hackathon 2019” müsabiqəsinin qalibi olaraq "Coffee Jar" komandası elan edilib. 

01.09.2019 13:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ