Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda daha 4 “SOCAR” YDM istifadəyə veriləcək - ÜNVANLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda daha 4 “SOCAR” YDM istifadəyə veriləcək - ÜNVANLAR

“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti  (QSC) bu il ərzində  yanacaqdoldurma məntəqələrinin (YDM)  sayını 27-yə çatdırmağı planlaşdırıb. Bu məqsədlə il ərzində daha 4 YDM-nin istifadəyə veriləcəyi nəzərdə tutulub.

 

Reklam_3_11

“SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov  bildirib  ki, yeni YDM-lər Bakı şəhərində olacaq. Onlardan Xətai rayonu, Nobel prospektində 10560.0  m2 sahədə  fəaliyyət göstərəcək  6 ədəd yanacaq postu olan  YDM yaxın vaxtlarda istifadəyə veriləcək. Yasamal rayonunda “maşın bazarı” adlanan sahənin yaxınlığında  5465.0 m2  ərazidə yerləşəcək  4 ədəd yanacaq posta malik YDM-nin isə artıq  tikintisinə  başlanılıb. Binəqədi rayonu, Bakı-Novxanı yolunun sol tərəfində “heyvan   bazarı” deyilən ərazidə 8000.0  m2-i sahədə yerləşəcək  4 ədəd yanacaq pompası və 2 ədəd dizel postu,  həmçinin Z.Bünyadov prospektində 6000.0  m2 sahədə tikilməsi nəzərdə tutulmuş  4 ədəd yanacaq pompası və 1 ədəd dizel postu olacaq YDM-lərin tikintisinə yaxın vaxtlarda start veriləcək.

 

T. Seyidov  dövlətimizin başçısı cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq bunun rəhbərlik etdiyi müəssisədən də yan keçmədiyini bildirib. Qeyd edib ki, “SOCAR Petroleum” QSC  elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir. QSC Azərbaycan  hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini daha da genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır. Qurum bu istiqamətdə fəaliyyətinin davamı kimi ötən il də 4 YDM-nin açılışını edib ki, bu da Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti olan  yeni iş yerlərinin açılması deməkdir. Bununla da 2015-ci illə müqayisədə  2016-cı ildə işçilərinin sayını 30 faizdən çox artırmağa nail olmuş “SOCAR Petroleum” bu siyasətə öz töhfəsini vermiş olub.

 

Baş direktor onu da qeyd edib ki, “SOCAR Petroleum” QSC-nin struktur və bölmələrində nəzarət mexanizmini daha da gücləndirmək məqsədilə mütəmadi olaraq yerlərdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları yoxlanılır və bununla bağlı profilaktiki tədbirlər həyata keçirilir. Yerlərdə işçilərin gigiyenası və sağlamlığı mütəmadi olaraq yoxlanılıb və bir ili tamam olmuş işçilər təkrar tibbi müayinədən keçmək üçün müvafiq səhiyyə təşkilatına göndərilib. Görülən işlərin nəticəsində 2016-cı ildə Cəmiyyətin struktur və bölmələrində bədbəxt hadisə baş verməyib.

 

© “İki sahil”

17.03.2017 10:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ