Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İpoteka kreditləri üzrə qərarlar qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka kreditləri üzrə qərarlar qəbul edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16 mart 2017-ci il tarixində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

 

İclasda ipoteka kreditlərinin verilməsinin mövcud vəziyyəti, habelə kredit şərtləri və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

 

İclasda həmçinin Cəmiyyətin 2017-ci il üçün büdcəsinə dəyişikliklər və ipoteka krediti hesabına alınan yaşayış sahəsinin 1 kvadratmetri üçün yeni orta bazar qiymətləri təsdiq edilmişdir.

 

Məlumat üçün bildiririk ki, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq Müşahidə Şurası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrindən olmaqla, 5 üzvdən ibarətdir. Müşahidə Şurasının üzvlərini həmin qurumların təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti vəzifəyə təyin və vəzifədən azad edir. Müşahidə Şurasının üzvləri 3 il müddətinə təyin edilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Müşahidə Şurasının üzvləri ardıcıl qaydada Müşahidə Şurasında sədrlik edirlər. Sədrin səlahiyyət müddəti üç aydır.

17.03.2017 10:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ