“Bank BTB” mikrokreditlər üzrə işə dəvət edir

(®) "Bank BTB" Kredit departamentinə Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən Filiallarının Mikrokreditlər şöbəsinə ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və komandamıza güc qata biləcək namizədləri “Mikrokreditlər şöbəsinin kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” vakansiyaları üzrə işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

 

Namizədlərə olan tələblər:

-Ali təhsil (iqtisadi, riyazi);

-Ünsiyyət qurma bacarığı;

-Analitik qabiliyyət;

-Nəticəyə yönümlülük;

-Komandada işləmək bacarığı;

 

Sizə nə təklif edirik?

-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

-Əlverişli iş mühitində çalışmaq imkanı.

-Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;

-Karyera və inkişaf perspektivləri;

-Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;

Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər şöbəsinin  kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.

 

2 Sentyabr 2019 , 12:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin