Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azercell" yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® "Azercell Telekom” MMC korporativ müştəriləri üçün yeni nəsil “Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib.

 

Reklam_3_11

Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə Azercell müştərilərinə rəqəmsal dünyada öz bizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək.


“Biznesim İnternet Xətti” xidməti sayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.

 

Şirkətin işləri daima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var:

 

- Ehtiyacınız olan sürət

 

5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

 

- Etibarlı bağlantı

 

24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

 

- Rəqabətdən kənar xidmət

 

“Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

 

“ Korporativ müştəriləmizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiya proqramının hal-hazırda tam mərkəzindəyik” deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. “Xidmətlərimizin hüdudlarını genişləndirmək, Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızın əsas tərkib hissəsidir” - G. Chatzis vurğulayıb.

 

Xidmətə qoşulmaq üçün [email protected]  elektron poçt ünvanına müraciətinizi göndərə bilərsiniz.

02.09.2019 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ