Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bank Respublika" yenidən cəbhə bölgəsindəki məktəbliləri sevindirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" yenidən cəbhə bölgəsindəki məktəbliləri sevindirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

 

Reklam_3_11

Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə gözləyir.

 

Ölkəmizdə sosial layihələrə böyük önəm verən Bank Respublika, ənənəyə sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu il birinci sinifə gedəcək məktəbliləri sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Məktəbə hazıram!” adlı layihə həyata keçirib.

 

Layihə çərçivəsində bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə dolu məktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

 

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

02.09.2019 12:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ