Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2 Avropa ölkəsi Azərbaycandan fındıq idxalını artırmaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 Avropa ölkəsi Azərbaycandan fındıq idxalını artırmaq istəyir

“Avropa ölkələrində Azərbaycanın fındıq ixrac etdiyi əsas bazarları İtaliya və Almaniyadır”.

 

Bunu “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

 

Onun sözlərinə görə, İtaliya və Almaniyanın Azərbaycandan fındıq idxalı ilə bağlı istəkləri böyükdür: “Lakin bizim gücümüzün həddi var. İtaliya və Almaniyanın Azərbaycandan idxalı ümumilikdə 8-12 min ton arasındadır. Düşünürəm ki, bu ayın sonunda Avropa bazarlarına ixrac reallaşacaq”.

 

İ.Orucov əlavə edib ki, ənənəvi bazarlar sırasında isə Rusiya dayanır və qiymət baxımından ən rahat bazardır.

 

O qeyd edib ki, aprel ayının soyuq keçməsi bu il məhsuldarlığa təsir edib. Azərbaycan ortalama 20-21 min ton fındıq ixrac edirdisə, bu il 17-18 min ton ixrac olacağını gözləyirik”.

 

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycan 12 ölkəyə 7 060 ton soyudulmuş fındıq ixrac edib. Bu, 2018-ci ilin eyni dövründəkindən 57% çoxdur. Rusiyaya (3213,8 ton), İtaliyaya (1710 ton) və Almaniyaya (1447,2 ton) satılıb. Azərbaycan fındıqları Polşa (146 ton), Estoniya (88 ton), Litva (87 ton), Fransa (80 ton), Gürcüstan (80 ton) və digər ölkələrə göndərilib. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

03.09.2019 10:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ